...

Prezident İlham Əliyev: Cəbrayılın 13 kəndi işğaldan azad edilib

Siyasət Materials 19 Oktyabr 2020 08:13 (UTC +04:00)
Prezident İlham Əliyev: Cəbrayılın 13 kəndi işğaldan azad edilib

Bakı. Trend:

Rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib.

"Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00.02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub.

Bu çirkin əməllər nəticəsində ölən və yaralananlar var. Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti