...

Milli Məclisin deputatları Moldovada prezident seçkilərini müşahidə edəcəklər

Siyasət Materials 28 Oktyabr 2020 10:30 (UTC +04:00)
Milli Məclisin deputatları Moldovada prezident seçkilərini müşahidə edəcəklər

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bir qrup deputatı Moldovada noyabrın 1-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 29-da bu ölkənin paytaxtı Kişineu şəhərinə səfər edəcək.

Trend-in məlumatına görə, Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlardan Sabir Hacıyev və Rüfət Quliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının müşahidə missiyasının tərkibində, millət vəkili Ramin Məmmədov isə MDB İcraiyyə Komitəsinin xətti ilə seçkiləri izləyəcəklər.

Deputatlarımız müxtəlif seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaq, prosesin gedişini izləyəcəklər.

Səfər noyabrın 3-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti