Bakı. Trend:
Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsinə dair QHT-lərin bəyanatı.
Trend-in məlumatına görə, Azərbaycan Ordusunun son 1 ayda işğal olunmuş ərazilərimizin böyük bir hissəsini, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları da daxil olmaqla 200 kənd və qəsəbəni azad etməsi, Ermənistanın döyüş meydanında darmadağın edilməsi, 3-cü ölkənin münaqişəyə cəlb etmək cəhdinin iflasa uğraması düşmənin ağır məğlubiyyətini qaçılmaz etmişdi.
Çarəsiz durumda olan Ermənistanın hərbi-siyasi rəhbərliyi vəziyyətdən çıxış yolu kimi Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonlarını ballistik raket atəşlərinə məruz qoyur və qadağan olunmuş kasetli bombalardan istifadə etməklə çoxlu sayda mülki əhalimizi qətlə yetirməkdə və yaralamqda davam edir.
Oktyabrın 31-nə olan məlumata əsaəsən Ermənsitanın törətdiyi hərbi cinayət nəticəsində 91 nəfər həlak olmuş, 404 nəfər isə yaralanmışdır.
Ermənistan insanlığa qarşı törədiyi cinayətlərin Azərbaycan xalqını qorxurtmadığını və torpaqlarını işğaldan azad etməkdə qərarlı olduğunu görərək yeni və daha təhlükəli metodlara və təxribatlara əl atmağa başlayıb.
Belə ki, bu gün Azərbaycan müdafiə nazirliyinin verdiyi rəsmi məlumata görə işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.
Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində Ermənistanın hərbi -siyasi rəhbərliyinin məqsədi ilk növbədə onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya Azərbaycan tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır.
Artıq Ermənistanın təbliğat maşını guya Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayaraq gələcək təxribatlar üçün zəmin yaratmağa başlayıb. Belə ki, bu gün Ermənistan silahlı qüvvələri Şuşa meşələrində qadağan olunmuş ağ fosfordan istifadə etməklə qəsdən yanğın törətmiş və bunu Azərbayacanın üzərinə atmağa çalışmışdır. Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsi qəbul olunmuş müvafiq beynəlxalq konvensiyaların növbəti dəfə kobud şəkildə pozulması və dəhşətli müharibə cinayəti aktıdır.
Hesab edirik ki, aidiyyatı beynəlxalq təşkilatlar Ermənistan tərəfindən törədilən bu hərbi cinayətə laqeyd qalmamalı və ona adekvat qiymət verməlidir. Eyni zamanda beynəlxalq ictimaiyyət Ermənistanın hərbi - siyasi rəhbərliyini tarix və hüquq qarşısında məsuliyyət daşıyacağı beynəlxalq cinayətlər törətməyi dayandırmağa, xalqının gələcək taleyini düşünərək işğal olunmuş Azərbaycan ərazilərini tərk etməyə, regionda sülhün və təhlükəsizliyin yaranmasına mane olmamağa çağırmalıdır.
İmza:
1. Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondu
2. Əliməmməd Nuriyev Konstitusiya Araşdırmalar Fondu
3. Sahib Məmmədov Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
4. Qorxmaz İbrahimli Biosfer İctimai Birliyi
5. Əziz Ələkbərov Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi
6. İsrayıl İsgəndərov "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi
7. Vüqar Bayramov İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi
8. Çingiz Qənizadə Demokratiya və İnsan Hüquqlari Komitəsi
9. Məhərrəm Zülfüqarlı İctimai Problemlərin Tədqiqi Assosiasiyası
10. Kamil Səlimov "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" ictimai birliyi
11. Fuad Məmmədov "Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası”
12. Eyyub Hüseynov "Azad İstehlakçılar" İctimai Birliyi
13. Tənzilə Rüstəmxanlı Azəri Türk Qadinlar Birliyi
14. Şəmistan Əlizamanlı "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi
15. Akif Nağı Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi
16. Mayis Əliyev Sosial Hüquqların Araşdırılması
17. İradə Rizazadə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi
18. Bahar Qasımova "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi
19. Fizüli Rzaquliyev Vətən Müharibəsi Veteranları İctimai Birliyi
20. Mehdi Mehdiyev Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi
21. Mehriban Zeynalova Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi
22. Əhməd Abbasbəyli "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi
23. Şahin Rəcəbov "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi
24. Aydın Əbilov "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi
25. Fikrət Yusifov Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
26. Şəmsəddin Əliyev Polisə Dəstək İctimai Birliyi
27. Asif Əsgərli Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
28. Emin Həsənli Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
29. İlqar Orucov Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi
30. Ramil İsgəndərli "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyi
31. Samir Adıgözəlli İctimai-Siyasi Proseslər Beynəlxalq
Araşdırmalar Mərkəzi (İSBAM)