...

Şuşanın azad edilməsinə bütün müsəlmanlar sevinir - İranlı deputat

Siyasət Materials 8 Noyabr 2020 17:52 (UTC +04:00)
Şuşanın azad edilməsinə bütün müsəlmanlar sevinir - İranlı deputat

Bakı. Elnur Bağışov - Trend:

Azərbaycan ordusunun Şuşa şəhərini işğaldan azad etməsinə bütün müsəlmanlar sevinir.

Bunu Trend-ə açıqlamasında İran parlamentinin deputatı Vəli Esmaili deyib.

İranlı deputat Azərbaycanın işğalda qalan digər ərazilərinin də tezliklə azad edilməsini arzulayıb:

“Azərbaycan öz ərazilərini BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əsasən işğaldan azad edir.

Çox sevinirik ki, uzun illərdən sonra Şuşa məscidində azan səsi eşidiləcək. Bu isə bütün müsəlmanları sevindirən nüansdır.

İranın Ali Lideri Ayətulla Seyid Əli Xamneyinin Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi bəyanatını bu istiqamətdə qiymətləndirmək lazımdır. Buna əsasən çox sevinirik”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti