...

Ermənistan artıq heç bir siyasi tələb irəli sürmək hüququna malik deyil - Gülnarə Məmmədzadə

Siyasət Materials 14 Noyabr 2020 17:43 (UTC +04:00)
Ermənistan artıq heç bir siyasi tələb irəli sürmək hüququna malik deyil - Gülnarə Məmmədzadə

Bakı. Trend:

Ermənistanın irəli sürdüyü Qarabağın xüsusi statusu məsələsi keçmişdə qaldı. Bu məsələni daha əvvəl müzakirə etmək olardı, amma erməni kapitulyasiya etdi və artıq hər hansı tələb irəli sürmək hüququ yoxdur.

Trend-in məlumatına görə, bunu politoloq Gülnarə Məmmədzadə "ukraina.ru" nəşrin müsahibəsində deyib.

O bildirib ki, sovet dövründə Qarabağın siyasi muxtariyyəti olub, amma sonda bu, erməni tərəfininin regionu Azərbaycandan ayırmaq iddiasına çevrilib:

"Azərbaycan çoxmillətli dövlətdir, burada onlarla etnos yaşayır. Niyə məhz bu ərazidə yaşayan 150 min erməni xüsusi status almalıdır? Onların artıq statusu var idi və bu ayrılma və öz müqəddəratını təyinetmə iddialarına çevrildi".

G.Məmmədzadə əlavə edib ki, Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər orada yaşamağa davam edə bilərlər. Onlar üçün digərlərinə olduğu kimi bütün şərait yaradılacaq, onların mədəni hüquqları qorunacaq, amma erməni tərəfi artıq heç bir siyasi tələb irəli sürmək hüququna malik deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti