...

Baş Nazir Əli Əsədov ilə Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub

Siyasət Materials 18 Noyabr 2020 21:46 (UTC +04:00)
Baş Nazir Əli Əsədov ilə Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub

Bakı. Trend:

Noyabrın 18-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticari-iqtisadi münasibətlər, həmçinin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti