Prezidentə yazırlar: Dövlətimiz Sizin güclü siyasətiniz və Ordumuzun qüdrəti sayəsində öz ərazi bütövlüyünü təmin etdi

Prezidentə yazırlar: Dövlətimiz Sizin güclü siyasətiniz və Ordumuzun qüdrəti sayəsində öz ərazi bütövlüyünü təmin etdi

Bakı. Trend:

Rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə əlaqədar Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də digər ölkələrin azərbaycansevər vətəndaşları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər.

Trend Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Almaniyanın Verl şəhərindən Əli Göktürk yazır: “Möhtərəm Prezident, şanlı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı, Sizin rəhbərliyinizlə işğal altındakı ərazilərin azad edilməsində qazanılan zəfərinizə “Mübarək olsun!” deyir, Sizə hörmət və minnətdarlığımı bildirirəm. İnanıram ki, işğaldan azad edilmiş bütün ərazilərdə ən qısa zamanda quruculuq işləri başlayacaq və bu böyük zəfəriniz türk dünyasının birləşməsinə, bir olmasına imkan yaradacaq. Sizin timsalınızda şanlı Azərbaycan Ordusunun bütün igid əsgərlərinə minnətdaram və ehtiramla sonsuz salamlarımı çatdırıram. Tanrı türk ümmətini qorusun!”.

Rusiyanın Moskva şəhərindən Ramil Əliyevin məktubunda deyilir: “Möhtərəm Prezident İlham Əliyev, 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə Zəfər Günü kimi düşdü. Rusiya Federasiyası Moskva Vilayətinin İstra rayonunda azərbaycanlılar bu şanlı Qələbəni və Azərbaycanın tarixi torpaqlarının azad edilməsini bu günə kimi qeyd edirlər. Bu şanlı Qələbə ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Sizin müdrik, uzaqgörən siyasətiniz, böyük əməyiniz, iradəniz və qətiyyətiniz sayəsində əldə edildi. Sizin komandanlığınız altında Azərbaycanın Silahlı Qüvvələri 44 gün ərzində torpaqlarımızın azad edilməsinə nail oldu. “Moskva Vilayətinin İstra şəhər dairəsinin Azərbaycan İcması” yerli ictimai təşkilatı parlaq Qələbəyə, eləcə də Azərbaycanın dövlət başçısı kimi apardığınız uğurlu xarici və daxili siyasətə görə Sizə səmimi qəlbdən minnətdarlığını bildirir”.

Goranboy rayonundan Nəzrin Kərimli: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, mənim 19 yaşım var, Goranboy rayonunda, müharibə veteranının ailə üzvüyəm. Müharibənin hər dəqiqəsini həyəcanla yaşayan biri kimi Sizə minnətdarlıq etməyi özümə borc bilirəm. Arxa cəbhədən ön cəbhəyə əlimizdən gələn köməyi edib, onları ruhlandırmağa, ilhamlandırmağa çalışdıq. Arxa cəbhədə olan insanların ilham mənbəyi isə Siz idiniz, cənab Prezident! Müsahibələriniz zamanı verdiyiniz səlis cavablarınız bizə güc verdi. Yüksək səslə bütün dünyaya haqq yolunda olduğumuzu bəyan etməyiniz, rəhbərliyinizlə şanlı ordumuzun zəfər çalması bizi bir yumruq olan Azərbaycana çevirdi. Biz 44 günlük müharibədən sonra başqa bir Azərbaycan olduq! Sizin yüksək hərbi şücaətiniz və diplomatik qalibiyyətiniz nəticəsində bizim müqəddəs Laçınımız işğaldan azad olundu. Bundan əvvəl Ağdam və Kəlbəcər rayonları da bir güllə belə atılmadan geri qaytarıldı. Uğrunda minlərlə şəhid verdiyimiz torpaqları şəhid vermədən azad etdiyiniz üçün Sizə minnətdaram. Biz güclü bir liderlə, cəsur Ali Baş Komandanla Azərbaycanı bütün dünyaya yenidən tanıtdıq. Siz Azərbaycanın qara bəxtli Qarabağına günəş kimi doğdunuz! Siz Qarabağımızın fatehi, igid sərkərdəsisiniz! Sizin sayənizdə bu gün mən qalib, düşmən tapdağında torpağı olmayan, başıdik, alnı açıq Azərbaycan vətəndaşıyam. Azərbaycan xalqı bir daha əmin oldu ki, gələcəyə İlhamla irəliləyəcək. Ulu liderimiz Heydər Əliyevin dediyi kimi, mən fəxr edirəm ki, azərbaycanlıyam”.

Füzuli rayonunun sakini Telman Hüseynov: “Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıran Müzəffər Ali Baş Komandanım, 2020-ci il sentyabrın 27-dən torpaqlarımızın azadlığı uğrunda başlayan döyüşlərdə qalib gələcəyimizə inanırdım. Çünki bizim güclü Ordumuz və Müzəffər Ali Baş Komandanımız var. Füzuli torpağında Azərbaycan bayrağı dalğalananda ömrümün 87-ci ilində ürəyimdə qalan arzularım yenidən oyandı. Qısa bir müddətdə işğal olunmuş torpaqlarda və nəhayət Qarabağın tacı olan Şuşamızda bayrağımızın dalğalanması ulu öndər Heydər Əliyevin layiqli davamçısı olduğunuzu bir daha sübut etdi. Qarabağsız Azərbaycan tam deyildi, Siz Qarabağı yenidən bizə qaytardınız. Tarixi ədaləti bərpa etdiniz və sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Hələ 1982-ci ildə ümummilli lider Heydər Əliyev Füzuli rayonuna səfər edərkən onu qarşılayanlar arasında mən də olmuşdum. İnanıram ki, tezliklə işğaldan azad olmuş torpaqlar çiçəklənəcək və mən Sizi doğma Füzulimdə qarşılayacağam. Allah Sizi qorusun mənim və xalqımın əbədi Prezidenti!”.

Ağdam sakini Yelmar Kərimov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, mən 1972-ci il sentyabrın 5-dən Azərbaycanın qurucusu, yaradıcısı, müstəqilliyinin banisi ulu öndər Heydər Əliyevin dostu, Yeni Azərbaycan Partiyasının fəal üzvü olaraq Sizə uzun ömür, cansağlığı arzulayıram. Siz Ulu Öndərin vəsiyyətini yerinə yetirərək Qarabağımızı erməni faşistlərin tapdağından azad etdiniz, bizə böyük Qələbə sevinci yaşatdınız. Siz Azərbaycanı, Azərbaycan xalqını qoruyursunuz. Sizin kimi Ali Baş Komandanı olan ölkə üçün heç bir qorxu, təhlükə yoxdur. Allah da Sizi və ailə üzvlərinizi qorusun!”.

Bakı sakini Sənan İsrəfilov: “Əziz Prezidentim, Müzəffər Ali Baş Komandanım, 30 ilə yaxındır ki, işğal altında olan torpaqları müdrik siyasətinizlə, qəhrəman Azərbaycan əsgərinin hünəri ilə azad etdiyiniz üçün Sizə öz adımdan və bütün yaşıdlarım adından sonsuz minnətdarlığımı bildirirəm. Bu müharibədə öz canını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyərək, Sizə Azərbaycan naminə bütün işlərinizdə böyük uğurlar arzu edirəm. Xalqımızın tarixində və millətimizin ürəyində əbədi yaşayacaqsınız!”.

Laçın sakini İlqar Nadirov: “Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan, 28 il öncə məcburi şəkildə köçürüldüyümüz Laçına qayıdışımızı təmin etdiyiniz üçün Sizə şəxsim və ailəm adından dərin təşəkkürümü bildirirəm. Rəşadətli Ordumuz Sizin rəhbərliyinizlə 2020-ci ilin bütün ağırlıqlarını bizə unutdurdu. Artıq Bakıda Laçın küləyi əsir. İllər öncə bu cümləni dilə gətirəndə, ürəyimiz əsirdi. Sanki yuxu kimi gəlir bütün yaşananlar. Allah şəhidlərimizə rəhmət eləsin. Siz də qeyd etdiyiniz kimi, onlar, aslan kimi vuruşdular. Bütün gücü isə Sizdən aldı hərbçilərim, cənab Prezident! Azərbaycan vətəndaşı olmaqdan qürur duyuram! Laçın Azərbaycandır! Qarabağ bizimdir!”.

Kəlbəcər sakini Əlizamin Qarayev: “Möhtərəm cənab Prezident, müzəffər sərkərdəlik məharətinizlə şanlı Ordumuzun Qarabağ cəbhəsində qazandığı möhtəşəm hərbi zəfər münasibətilə Sizi ürəkdən təbrik edirik. Müzəffər Ali Baş Komandan, Vətən müharibəsinin zəfərləri silsiləsində Kəlbəcər rayonunun da olması bütün Azərbaycan xalqında hədsiz sevinc yaratdı. Biz kəlbəcərlilərin hisslərini sözlə ifadə etmək mümkün deyil. 27 illik həsrətdən sonra Kəlbəcərin döyüşsüz işğaldan azad edilməsi xalqımıza ən xoşbəxt, qürurlu günləri yaşatdı. Cənab Prezident, doğma yurdumuzu bizə qaytardığınıza görə Kəlbəcər rayonunun sakinləri adından Sizə sonsuz minnətdarlığımızı bildiririk. Kəlbəcər ziyalıları hər zaman bir olaraq Sizin ətrafınızda birləşiblər”.

Yevlax rayonunun sakini Lyudmila Bağırovanın məktubunda deyilir: “Müzəffər Ali Baş Komandanımız, əzizimiz, qalib Sərkərdəmiz, çox hörmətli, əziz Mehriban xanım, gözləriniz aydın olsun! Qartallar oylağı Laçınımız da mənfur düşmən işğalından azad oldu. Dövlətimiz Sizin güclü siyasətiniz və Ordumuzun qüdrəti sayəsində öz ərazi bütövlüyünü təmin etdi. Çox şükürlər olsun. Vətənimizin azad olmuş hər guşəsinə şükür. Üçrəngli şanlı bayrağımızın Qarabağımızda dalğalandığını hər dəfə gördükdə gözlərim dolur. Mən bir şuşalı kimi, 1992-ci ildə Şuşanın işğalı günü iki qardaşını şəhid vermiş bacı kimi Sizə qəlbən minnətdaram. Şuşam azad olundu, qardaşlarımın və onlar kimi çoxsaylı şəhidlərimizin qanı yerdə qalmadı. İndi o şəhidlərin ruhu şaddır. Çox sağ olun, əziz Prezidentimiz. Zəfərimiz mübarək! Yaşasın qalib Azərbaycan Ordusu! Yaşasın İlham Əliyev! Yaşasın Azərbaycan!”.

Naftalan sakini Aişə Əsədzadə: “Əziz Prezidentimiz, adım Aişədir, 7 yaşım var. Babam Hüseynov Rafiq polis mayoru kimi 1988-ci ildə Xankəndidə müharibədə iştirak edib. Nənəm hər zaman babamın Birinci Qarabağ müharibəsində çəkdirdiyi şəkilləri görəndə ağlayırdı. Mən indi başa düşürəm ki, nənəm niyə ağlayırdı. Çünki babam müharibə iştirakçısı və veteranı olub. Əziz Prezidentimiz, biz Sizi çox sevirik. Siz televiziyada çıxış edərkən nənəm hər dəfə deyir: Əsl rəhbərdir bizim Prezidentimiz. Hörmətli Prezidentimiz, mən inanıram ki, biz uşaqların gələcək xoşbəxtliyini ancaq Siz təmin edə bilərsiniz. Allah Sizi qorusun!”.

Kəlbəcər sakini Məzahir Əhmədov: “Çox hörmətli cənab Prezident, bu gün bütün kəlbəcərlilər kimi mənim və ailə üzvlərimin sevincinin həddi-hüdudu yoxdur. Siz 27 illik Kəlbəcər həsrətinə son qoydunuz. Yenilməz Ali Baş Komandan olaraq işğalçını məğlub edərək, doğma yurdumuzu bizə yenidən bəxş etdiniz. Mən ailəm adından və şəxsən öz adımdan Sizə dərin hörmət və ehtiramımı bildirirəm. Allah Sizi, rəşadətli müzəffər Ordumuzu qorusun! Cənab Prezident, biz Sizinlə fəxr edirik. Sizin qəhrəmanlığınızla xalqımızın yeni şanlı tarixi yazıldı. Zəfərimiz mübarək olsun!”.

Neftçaladan Pərvin Səfərov: “Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident, Siz bizim Qələbəmizin tarixi şəxsiyyətisiniz. Qələbə tarixini bizə yaşatdığınız üçün Sizinlə qürur duyuruq. Hər bir Azərbaycan vətəndaşı kimi qalib millətin nümayəndəsi olduğum üçün Sizə minnətdaram. “Qarabağ Azərbaycandır!” ifadəsi mənim həyatımın əsas yaradıcı hissəsinə çevrildi. Musiqiçi olaraq “Qarabağ Azərbaycandır!” yaradıcılığı bütün ifalarımın ideyasıdır. Biz də öz yaradıcılığımızla müqəddəs tariximizi əbədi yaşadacağıq. Sizin gücünüz bizə güc verir. Mənim hər zaman arzum olub ki, Azərbaycanın əbədi və əzəli torpaqlarında incəsənətin bütün incəliklərini yaşayım. Sizin sayənizdə arzularım reallığa çevrildi. Tezliklə bizim səsimiz Qarabağdan, mədəniyyətimizin beşiyi olan Şuşadan və digər müqəddəs torpaqlardan gələcək. İncəsənətin ürəyi hesab olunan müqəddəs torpaqlarda firavan Azərbaycan dövləti əbədi yaşayacaq. Sizə sonsuz inamı olan bir yaradıcı insan kimi hər zaman Sizin xidmətinizdəyəm. Yaşasın Azərbaycan Ordusu, yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Gəncə sakini Nicat Sadıqov: “Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi bu Qələbə münasibəti ilə ailəm və kəlbəcərlilər adından təbrik edirəm. Sizin müdrik siyasətiniz, Ordumuzun fədakarlığı sayəsində Azərbaycanın necə qeyrətli xalq olduğunu bütün dünya bildi. Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı, Siz xalqımıza sonsuz sevinc anları bəxş etdiniz, millətimizi qalib xalq zirvəsinə yüksəltdiniz. Biz fəxr edirik ki, Sizin kimi Müzəffər Ali Baş Komandanımız var və şükür edirik ki, tarixə qızıl hərflərlə yazılacaq Qələbəni görmək bizə də nəsib oldu. Siz Azərbaycanın Milli Qəhrəmanısınız. Yaşasın Azərbaycan, yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Laçın sakini Anar Həsənov: “Çox hörmətli cənab Prezident, Laçın rayonundan artıq keçmiş məcburi köçkün olaraq Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin dövlət başçısı, Ali Baş Komandan olaraq rəhbərliyiniz altında, qəhrəman Ordumuzun Laçın da daxil olmaqla işğal altında olan torpaqlarımızı azad etməsi bütün Azərbaycan xalqı kimi mənə və ailəmə də çox böyük sevinc yaşatdı. 28 il Vətəndən ayrı düşmək dərdi, el-oba həsrəti məhz Sizin uğurlu siyasətiniz, qəti addımlarınız nəticəsində sona çatdı. Azərbaycanın işğal edilmiş torpaqlarının, Laçının qaytarılması kimi böyük hərbi-siyasi qələbə rəhbərliyinizlə xalqımızın tarixinə çox böyük, əlamətdar nailiyyət kimi yazıldı. Bizə Vətənə qayıtmaq kimi uzun illərdir ki, ürəyimizdə yaşatdığımız arzuya çatmaq imkanı yaratdığınıza görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə daim cansağlığı, dövlət xadimi kimi xalqımızın rifahı, mənafeləri uğrunda fəaliyyətinizdə uğurlar, qələbələr arzulayıram”.

Xızı sakini İman Ağayev: “Möhtərəm cənab Prezident, Sizə deyiləsi o qədər xoş sözlər var ki, qədəri kainata belə sığmaz. Minnətdarlıq hisslərinin ən alisinə layiqsiniz. Bizi öz əzəli yurd yerlərimizə qovuşdurdunuz. Qələbə sevincini, qürurunu öz yurdu ilə, Sizinlə döyünən bütün ürəklərdə alovlandırdınız. Bizə zəfər yaşatdınız. Eşq olsun Sizə! Siz mərd oğlu mərdsiniz! Bizim Heydər babamızın oğlu, nə yaxşı ana yurdumuz Azərbaycanımızın, bizim Prezidentimizsiniz! Yaşa, Müzəffər Ali Baş Komandan!”.

Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Yunanıstanda güclü zəlzələ olub
Yunanıstanda güclü zəlzələ olub
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Loading Bars
Xəbər lenti
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb (FOTO)
Daha bir restoranda toy məclisi aşkarlandı, 13 nəfər cərimələndi
Niderlandda koronavirus test mərkəzində partlayış olub
Bəzi ölkələrin parlamentarları öz qərəzli mövqelərini sülhdən də üstün tutur - XİN
Sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
Azərbaycanda nəqliyyat ödəniş kartları köşklərdə satılacaq
Yay aylarında koronavirusla vidalaşa bilərik - Professor
6 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
Nizami rayonunda bir gündə 12 ton çeşidlənmiş tullantı yığılaraq təhvil verilib (FOTO)
120 nəfərlik toy edənlər saxlanıldı (FOTO)
Reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artırılacaq
Zəngilan rayonunun Beşdəli kəndi (FOTO/VİDEO)
“GoldenPay” ASC-nin “Hesab Shop” layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusu verilib
Yaponiyalı milyarder Aya uçuş üçün komanda toplayır
Tanınmış tarixçi alim koronavirusdan vəfat edib
Bərdədə avtomobil və heyvan oğruları saxlanılıb
Lahorda Xocalı soyqırımı qurbanları anılıb (FOTO)
Sənəti kasıbçılıqdan öyrənmişəm – usta ilə söhbət (FOTO)
Bayramqabağı karantin rejimi sərtləşdirilə bilərmi? - AÇIQLAMA
Azad olunmuş ərazilərə qanunsuz keçmək istəyən 9 nəfər saxlanılıb
"Mastercard" kartlarını sifariş vermək üçün banka getməyə ehtiyac olmayacaq
Bakıda avtomobil yanıb
Zəngəzurdan İrəvanadək bütün izlər məhv edilib - Erməni vandalizmi "Sahil Kərimli ilə Aktual" videolayihəsində
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Marketlərdə mobil telefonla ödəniş layihələri işlənilir
Əfv komissiyasının növbəti iclasının vaxtı bilindi
DOST mərkəzlərində 303 mindən çox şəxsə xidmət göstərilib
Azərbaycan nefti ucuzlaşır
Azərbaycanda peyvənd olunanların sayı 300 mini ötüb
Daha 3 qazi və bir şəhid atasının əməliyyat xərcləri qarşılanıb (FOTO)
Bakı metrosunda bu tarixdə qatarlar işə salınacaq
Dəmir yolları ilə ötən il 14 milyon tondan çox yük daşınıb
AÇG və Şahdəniz yatağı üzrə builki gəlirlər açıqlanıb
Bakının mərkəzində quzu gəzdirən şəxslərlə bağlı DİN-dən açıqlama
Erməni vandallarının dağıtdığı tarixi-dini abidələr yenidən bərpa edilir - Pərvin Kərimzadə
Oralarda işləmək həm arzum, həm borcumdur – usta ilə söhbət (FOTO)
Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır
FHN əməkdaşları vaksinasiya üçün könüllü müraciət edə bilərlər - Rəis müavini
Pandemiyaya görə ayrılan vəsaitlərin auditi aparılır - Palata sədri
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Ermənistanda hakimiyyət dəyişikliyi 10 noyabr razılaşmasına təsir edə bilməz - SƏBƏBLƏR
Bu günə qədər 300-dən artıq FHN əməkdaşı vaksinasiya olunub
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
Bir gündə cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Bu məktəb də 1 həftəlik bağlandı (ƏLAVƏ OLUNUB)
FHN əməkdaşlarının vaksinasiyası aparılır (FOTO/VİDEO)
Gəncədə 40 min manatlıq narkotik dövriyyədən çıxarılıb (FOTO)
Dövlət qulluğuna imtahanda qadınların göstəriciləri daha yüksək olub - DİM
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Pakistanın Baş qərargah rəisi Azərbaycanda səfərdədir
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir (FOTO)
Yaponiya 13 ölkədən giriş qaydalarını sərtləşdirəcək
Bu gün xarici valyutaların manata qarşı məzənnələri
Fəxrəddin Manafovun həyat yoldaşı vəfat edib
"SOCAR Türkiyə"də səhmdarlarımız üçün dəyər yaradan layihələri qarşıya məqsəd qoymuşuq (MÜSAHİBƏ)
ExxonMobil Sinqapurdakı filialında 300-ə yaxın işçini ixtisara salır
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı təyin edilir
Braziliyada ötən sutka cari ilin koronavirusdan maksimum ölüm hadisəsi qeydə alınıb
OPEC+ monitorinqində defisit fonunda aprel ayında neft hasilatındakı artım müzakirə ediləcək
ÜST: Dünyada ötən sutka koronavirusa 280 mindən çox yoluxma qeydə alınıb
ABŞ-nın Dövlət katibi Qətər XİN-in başçısı ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib
İngiltərə futbol çempionatı: "Mançester Siti" "Vulverxempton"a qalib gəldi
"Borussia" Almaniya futbol Kubokunun ilk yarımfinalçısı oldu
Cənubi Sudanda təyyarə qəzaya uğrayıb, bütün sərnişinlər həlak olub
Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb
Bütün xəbərlər