...

Azərbaycanda komendant saatı ləğv edildi

Siyasət Materials 11 Dekabr 2020 11:10 (UTC +04:00)
Azərbaycanda komendant saatı ləğv edildi

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda komendant saatının ləğv edilməsi məsələsi müzakirə edilib.

Trend-in məlumatına görə, iclasın gündəliyinə daxil olan ilk məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarı olub.

Müzakirələrdən sonra qərar səsverməyə qoyularaq təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti