...

Azərbaycanın şanlı qələbəsi regionda tamamilə yeni reallıq yaradıb - Sevil Mikayılova

Siyasət Materials 12 Dekabr 2020 11:12 (UTC +04:00)
Azərbaycanın şanlı qələbəsi regionda tamamilə yeni reallıq yaradıb - Sevil Mikayılova

Bakı. Trend:

Azərbaycanın 2-ci Qarabağ müharibəsində şanlı qələbəsi regionda tamamilə yeni geosiyasi reallıq yaradıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova Anadolu Agentliyinə müsahibəsində deyib.

Azərbaycanın bu qələbəyə görə Azərbaycanın tarixində yeni şanlı səhifə açan ölkə liderinə borclu olduğunu qeyd edən S.Mikayılova bildirib ki, bu qələbəyə ölkə başçısının siyasi və diplomatik platformalarda uzunmüddətli fəaliyyəti nəticəsində nail olmaq mümkün oldu.

Deputat bildirib ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın müddət ərzində işğalda qaldığı dövrdə ölkə rəhbərliyi beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirdi ki, bu da 44 günlük müharibə dövründə ölkəni kənar təzyiqlərdən qorumağa imkan verdi.

S.Mikayılova vurğulayıb ki, Azərbaycanın qələbəsi regionda tamamilə yeni geosiyasi reallıq yaradıb və bu reallıqda sülh və təhlükəsizlik xalqların gələcək rifahı üçün yeganə şərtdir.

Deputat əlavə edib ki, Azərbaycan dost ölkələri işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə cəlb edəcək və Qarabağı dünyanın çiçəklənən bir məkanına çevirəcək. O qeyd edib ki, 44 günlük müharibə eyni zamanda Azərbaycana öz həqiqi dostlarını tanımağa imkan verdi:

“Azərbaycan həmişə olduğu kimi bu Vətən müharibəsi dövründə də qardaş Türkiyənin mənəvi və siyasi dəstəyini hiss etdi. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında iştirakı bir daha onu göstərdi ki, Türkiyə həqiqi dost və qardaş kimi Azərbaycanı dəstəkləyir. Azərbaycan xalqı müharibə dövründə Türkiyə Prezidentinin hərtərəfli siyasi dəstək haqqında səmimi bəyanatlarını böyük qürurla xatırlayır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti