...

Tərtərdə zərər dəymiş 3019 obyektə baxış keçirilib

Siyasət Materials 16 Dekabr 2020 16:51 (UTC +04:00)
Tərtərdə zərər dəymiş 3019 obyektə baxış keçirilib

Bakı. Samir Əli - Trend:

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtər rayonuna dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi davam edir.

Bu barədə Trend-ə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü Qubad Heydərov deyib.

O bildirib ki, komissiya üzvləri artıq rayon ərazisində 3019 obyektə baxış keçirib: "Həmin obyektlərdən 70 yaşayış evi, 4 sahibkarlıq obyekti, 1 orta məktəb tam dağılıb, 2944 ev və obyektə isə ziyan dəyib. Bununla yanaşı, erməni təxribatı nəticəsində 44 avtomobilə ziyan dəyib, 82 heyvan tələf olub. Bu günə qədər Tərtər rayonunun 14 kənd, 1 qəsəbə, və şəhərə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti