...

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı Azərbaycan tarixində əbədi qalacaq

Siyasət Materials 24 Dekabr 2020 09:29 (UTC +04:00)
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı  Azərbaycan tarixində  əbədi qalacaq

Bakı. Trend:

8 noyabr 2020-ci il Azərbaycan Xalqının, Azərbaycan Dövlətinin tarixində əbədi olaraq Zəfər Günü kimi qalacaq. Bu Zəfər Gününün qazanılmasında müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Prezidenti, Müzzəffər Ali Baş Komandan İlham Əliyevin adı Azərbaycan tarixində işğal altında olan torpaqlarını azad edən Sərkərdə kimi Azərbaycan tarixində əbədi qalacaq.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan Azərbaycan torpaqlarını işğaldan azad edərək qəhramanlıq səlnaməsi yazdı. Azərbaycan bu möhtəşəm qləbəsi ilə işğal altında olan torpaqlarını azad etməklə müasir dövrdə bütün dünyada bir ilkə imza atdı. Öz gücü ilə torpaqlarını işğaldan azad etdi və eyni zamanda BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə qəbul etdiyi məlum Qətnamələri yerinə yetirdi. Azərbaycan bu qələbəni qazanmaqla regionda lider dövlət olduğunu, Avrasiya məkanında, eləcə də dünyada söz sahibi olan bir ölkə olduğunu bir daha nümayiş etdirdi.

10 dekabr 2020-ci il tarixdə Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş Zəfər Paradı Azərbaycan Ordusunun dünyanın ən müasir, ən güclü ordularından biri olduğunu nümayiş etdirdi.

Cənab Prezident İlham Əliyev 2018-ci ilin iyunun 26-da Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi Paradda çıxışında qeyd etmişdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətriləcək və hərbi paradda göstəriləcək. Biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” 10 dekabr 2020-ci il tarixdə həmin günün şahidi olduq. Qəhrəman Azərbaycan Ordusu 8 noyabr tarixində Qarabağın incisi, Azərbaycanın mənəvi paytaxtı Şuşanı azad etdi və Ermənistan 10 noyabr 2020-ci il tarixdə təslimçilik bəyanatını imzaladı.

Düşmən ən müasir silahlarla təmin olunmuş qəhrəman Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyib təslim oldu. Bu tarixi qələbə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş, balanslaşdırılmış, müdrik siyasət nəticəsində əldə olunmuşdur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə olduğu kimi hərbi quruculuq sahəsində də böyük uğurlar qazanmışdır. 2003-cü ildən bu günə kimi hərbi xərclərə ayrılan vəsaitin məbləği 15 dəfədən çox artırılmışdır. Son illərdə yaradılmış 20-dən çox hərbi zavodlarda 1200 addan çox hərbi təyinatlı məhsulların istehsalına başlanmışdır. Ordumuz üçün ən müasir texnika və silahlar alınmışdır. Onların arasında zirehli texnika, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, ən müasir pilotsuz uşuş aparatları, ən müsir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemlərini və s. göstərmək olar. Azərbaycan Ordusu maddi-texniki təchizatı baxımından dünya miqyasında nadir ölkələrindən biridir.

Vətən müharibəsində Azərbaycan Ordusunun apardığı döyüş taktikası və strategiyası artıq dünyanın hərbi cəhətdən qabaqcıl dövlətlərinin diqqətini cəlb edib. Azərbaycan Ordusunun apardığı döyüş üsulları XXI əsrin müharibəsinin üsulları kimi qəbul edilir.

Azərbaycan Ordusu Zəfər Paradda hərbi potensialını nümayiş etdirdi, həm də beynəlxalq aləmə mesajını verdi. Bu Zəfər Paradı ilə Azərbaycan göstərdi ki, ölkəmizə qarşı istənilən təhdid və hücumların qarşısını ala biləcək Ordumuz var. Azərbaycan Ordusu düşmən ordusunu darmadağın edən , düşmənə qalib gələn, ərazi bütövlüyümüzü təmin edən bir ordu kimi paradda iştirak etdi.

Qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə münasibətilə keçirilən bu Zəfər Paradı Azərbaycan xalqının, dövlətinin və ordumuzun qələbə salnaməsi kimi yaddaşlarada əbədi qalacaq. Vaxtilə Ulu Öndər Heydər Əliyev demişdi: “ Vaxt gələcək Azərbaycan bir günəş kimi dünyaya parlayacaq”. Artıq həmin gün gəlmişdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bir günəş kimi dünyaya parlayır.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti