Bakı. Trend:
Nazirlər Kabineti 515 № li Qərarına dair izah verib.
Qurumdan Trend-ə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib.
Komitənin daxilində ştat vahidlərində dəyişikliklər edilib, sədrin birinci müavini və sədr müavini vəzifələri əlavə edilib.
Eyni zamanda, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Əsasnaməsinə uyğun olaraq rəisi, birinci müavini və müavini vardır.
Bunları nəzərə alaraq, Komitəyə əlavə olaraq 2, Memarlıq və Şəhərsalma Baş İdarəsinə isə 3 avtomobil ayrılıb.
“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Qərarda dəyişiklik edildi