Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq - Vüqar Rəhimzadə

Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq - Vüqar Rəhimzadə

Bakı. Trend:

Dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Bu vəzifələr özlüyündə təkmilləşməni bir zərurətə çevirir. Bir mühüm məqamı da qeyd edək ki, hələ 2003-cü ildə cənab İlham Əliyev ilk dəfə Prezident seçilərkən andiçmə mərasimində iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoymuş, inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salaraq əsas hərəkətverici qüvvənin təhsil, elm, texnologiyalar, innovasiyalar olduğunu önə çəkərək “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürmüşdü. Son 17 ildə Azərbaycanda təhsilin, elmin, yeni texnologiyaların inkişafı, onların arasında vəhdətliyin yaradılması istiqamətində atılan addımlara diqqət yetirsək, irəli sürülən bu tezisin reallıqda öz əksini tapdığını görərik. Məhz ölkə iqtisadiyyatının elmi əsaslara söykənməsinin nəticəsidir ki, Azərbaycan 2008-ci ildə başlanan, hətta inkişaf etmiş ölkələr üçün belə ciddi problemlər yaradan iqtisadi və maliyyə böhranından az itki ilə çıxmaqla yanaşı, son bir ildən artıq dövrdə dünyanı cənginə almış COVID-19-la mübarizə dövründə də reallaşdırdığı uğurlu iqtisadi islahatlar, sosial dəstək proqramları ilə diqqətdədir.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanda davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafı və tətbiqidir: “İnformasiya-kommunikasiya texnologiyaları (İKT) son illərdə sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmiş, ölkənin iqtisadi, sosial və mədəni inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və bütövlükdə ictimai həyatın demokratikləşməsinə mühüm töhfələr vermişdir. Bu gün ölkə əhalisinin 85 faizindən çoxu internet istifadəçisidir. Bu göstəricilərə görə Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir. Azərbaycanda internet mediasının inkişafı və müasir texnologiyalardan istifadə geniş vüsət alır. İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir. Bunun nəticəsidir ki, bir çox maliyyə qurumlarının, xüsusilə Azərbaycanı ən islahatçı ölkə kimi dəyərləndirən Dünya Bankının, həmçinin Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan bu sahədə də liderliyini qoruyur. Dövlətimizin başçısı İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu məsələyə diqqəti yönəldərək bildirmişdir ki, Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır. Təsadüfi deyil ki, artıq dünya miqyasında böyük nüfuz qazanmış “Bakutel” sərgisi ənənəvi olaraq Bakıda keçirilir".

Baş redaktor bildirib ki, Azərbaycan kosmik klubun üzvüdür. 2013-cü il “İKT İli”ndə ilk telekommunikasiya peyki, “Azərspace-1” orbitə buraxılıb: “2016-cı ildə “Azərsky” müşahidə peyki və 2018-ci ildə isə “Azərspace-2” peyki orbitə buraxılmışdı. “Azərsky” müşahidə peykinin rolunu, önəmini 44 gün davam edən İkinci Qarabağ müharibəsində, eyni zamanda, ondan sonrakı mərhələdə aydın görmək mümkündür. Məhz bu peyklərin vasitəsilə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısını almaq Azərbaycana əlavə üstünlüklər qazandırmışdır. Bir mühüm məqamı da qeyd edək ki, xarici KİV-lərə müsahibələri zamanı Ermənistanın İkinci Qarabağ müharibəsində Azərbaycanın beynəlxalq səviyyədə qadağan edilmiş raketlərdən istifadə etdiyi barədə əsassız iddiaları ilə bağlı qərəzli suallara cavabında ölkə Prezidenti daim bu reallığı diqqətə çatdırırdı ki, müasir texnologiyaların inkişaf etdiyi hazırkı dövrdə hər bir dövlət bu raketlərin hansı tərəfdən atıldığını izləmək imkanındadır. Təbii ki, dövlətimizin başçısı bu kimi açıqlamaları ilə Azərbaycanın texnoloji sahədə böyük imkanlara malik olduğunu da dünyaya çatdırdı. Qeyd edilən qəbulda da «Əlbəttə ki, mən texnoloji inkişafla bağlı görülmüş işlər arasında peykləri qeyd etməliyəm» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, həm telekommunikasiya, həm də Yer səthini müşahidə edən peyklərimiz qarşıda duran bütün vəzifələri icra etmək üçün geniş imkanlar yaradır. Vətən müharibəsində Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı. İkinci Qarabağ müharibəsi texnoloji inkişaf baxımından bir yenilik kimi dəyərləndirilir".

V.Rəhimzadə vurğulayıb ki, bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir: "Azərbaycan İKT sahəsində təkcə region deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan tədbirlərin fəal iştirakçısı və təşkilatçısıdır. O da məlumdur ki, Azərbaycan 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. Bu tədbir bir dəfə - 1973-cü ildə keçmiş Sovetlər İttifaqı dövründə Bakı şəhərində keçirilib. O zaman ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbəri kimi böyük səy göstərmişdi ki, Sovet İttifaqında ilk dəfə keçirilən bu Konqres məhz Bakıda təşkil edilsin. Təxminən 50 ildən sonra müstəqil Azərbaycanda bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır. Keçmiş İttifaqda məhz Bakının Astronavtika Konqresinin məkanı kimi seçilməsi böyük uğur idi. Bu mühüm hadisəni Azərbaycanın növbəti qələbəsi kimi dəyərləndirən dövlətimizin başçısı ölkəmizin bu tədbirə ev sahibliyinin böyük məsuliyyət və bununla bərabər malik olduğumuz imkanların təqdimatı baxımından böyük fürsət olduğunu vurğulayır.

Qürurverici haldır ki, həmin beynəlxalq tədbirdə Azərbaycanın texnoloji sahədə qazandığı yeniliklərin böyük rol oynadığı İkinci Qarabağ müharibəsində ölkəmizin Qələbəsindən də bəhs ediləcək. Ölkəmizin Vətən müharibəsində tətbiq etdiyi taktika beynəlxalq ekspertlər tərəfindən öyrənilir, araşdırılır, bu Qələbəmizin yeni-yeni nəşrlərdə, dərsliklərdə əksini tapacağı şəksizdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz hər bir sahədə gücləndik, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaratdıq".

Baş redaktor diqqəti dövlətimizin başçısı İlham Əliyevin gələcəkdə müsbət dinamikanı qorumaq və inkişaf etdirmək üçün açıqladığı hədəflərə yönəldib: "Təbii ki, bütün dövrlər üçün aktual olan məsələlərdən biri kadr hazırlığıdır. Yeni texnologiyaların inkişafı və tətbiqi sahəsində atılan addımların davamlılığını təmin etmək üçün xüsusilə gənclərin bu işlərə geniş miqyasda cəlb edilməsi əsas çağırışlardandır".

"Artıq Azərbaycan postmüharibə dövrünü yaşayır" söyləyən V.Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də koronavirus infeksiyası ilə mübarizə Azərbaycanın malik olduğu imkanların təqdimatında mühüm rol oynadı: "Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, yeni texnologiyaların tətbiqi bundan sonra da hərbi gücümüzü daim yüksək səviyyədə saxlamağımıza imkan yaradacaq. Həm qəhrəman övladlarımızın şücaəti, fədakarlığı, eyni zamanda, texniki təchizat və yeni texnologiyaların tətbiqi müharibədə Qələbənin qazanılmasının əsas amillərindən biridir.

COVID-19-la birgə mübarizəyə dəstək məqsədilə dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin, görüşlərin özünütəcrid qaydalarına uyğun olaraq videoformatda təşkili hər bir ölkənin, o cümlədən Azərbaycanın innovasiyalar sahəsində mövcud imkanlarına işıq saldı. Ölkəmiz bu sahədə də liderliyini qorudu. Bütün bu reallıqlar fonunda bu fikri böyük inamla ifadə edə bilərik ki, qarşıdakı illərdə Azərbaycan bu sahədə daha da böyük uğurlara imza atacaq".

Prezidentin açılış etdiyi gəmi-muzeydən REPORTAJ
Prezidentin açılış etdiyi gəmi-muzeydən REPORTAJ
Avropa koronavirusun üçüncü dalğası ilə üz-üzədir
Avropa koronavirusun üçüncü dalğası ilə üz-üzədir
Balakəndə yas mərasimi keçirənlər cərimələnib (FOTO)
Balakəndə yas mərasimi keçirənlər cərimələnib (FOTO)
Loading Bars
Xəbər lenti
YAP-ın İdarə Heyətinin yeni tərkibi məlum oldu (SİYAHI)
Xalqın bütün təbəqələri YAP-a inanır - Məlahət İbrahimqızı
Qəbələdə avtomobil təmiri sexi və içərisindəki minik maşını yanıb
İsveçdə "vaksin pasportları" verilə bilər
Prezidentin açılış etdiyi gəmi-muzeydən REPORTAJ
Nəsir İmanquliyev yad edildi (FOTO)
Norveç şirkəti Azərbaycana 25 000 dollarlıq yatırım edib
Qazi və şəhid ailələrinin evinə qaz verilib
Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
“Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiqləndi
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
Avropa koronavirusun üçüncü dalğası ilə üz-üzədir
Prezident İlham Əliyev: Ali Baş Komandan kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də haradadır
Prezident İlham Əliyev: İqtisadi sahədə dürüstlük, inhisarlara son dövrüdür
Prezident İlham Əliyev: “Demokratlar” indi niyə susurlar, niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır
Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası
Azərbaycan Prezidenti: Müharibə başlayanda kim deyə bilərdi ki, Azərbaycan haqsızdır?
QDİƏT ölkələri pandemiyanın turizmə təsirini müzakirə ediblər
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurdu
Prezident İlham Əliyev: Bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur
Azərbaycan İlahiyyat İnstitutunda növbəti iclas keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq
Yelo Bank-dan yeni və parlaq mobil əlavə
Prezident İlham Əliyev: Yol çəkirik, asfalt bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?
Azərbaycan Prezidenti: Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq
Balakəndə yas mərasimi keçirənlər cərimələnib (FOTO)
Prezident İlham Əliyev: Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti mən hakimiyyətə gələndə uşaq olan insanlardır
Prezident İlham Əliyev: İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır, məcbur edəcəyik onları
Azərbaycan Prezidenti: Lüksemburq o qədər də böyük, yumşaq desək siyasi çəkiyə malik olan ölkə deyil ki, naziri bizə irad tutsun
Azərbaycan Prezidenti: Böyük ölkələrin nümayəndələri məni ittiham etdilər ki, İlham Əliyev sülh istəmir
KOBİA özünüməşğulluq proqramına dəstəyini davam etdirir
Ombudsman hərbi helikopterin qəzaya uğraması ilə bağlı Türkiyənin müxtəlif qurum rəhbərlərinə başsağlığı verib
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat cütlüyünun əli Azərbaycan xalqının qanına batmışdır
Prezident İlham Əliyev: O vaxt milli maraqları hər şeydən üstün tutan “91-lər”in fəaliyyətini yüksək qiymətləndirirəm
AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı ünvanayıb
YAP icra katibliyi ləğv edildi
DSX rəisi Nadim Razanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Rusiyada ikinci koronavirus vaksini ilə kütləvi peyvəndləmə başlayır
Prezident İlham Əliyev: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
Yoluxma sayında artım davam edərsə, karantin sərtləşdirilə bilər - Şöbə müdiri
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Rəsmi Yerevan sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir - Leyla Abdullayeva
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
Prezident İlham Əliyev: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin olunub
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi
Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi azadlığa buraxıldı
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
“Arabnews” qəzeti: Azərbaycan Pakistanı bütün sahələrdə dəstəkləyir
Bakıda ağacların dibi asfaltdan təmizlənib (FOTO)
Roma papası peyvənd olunduqdan sonra ilk xarici səfərini reallaşdırdı
Ağdam rayonunun Tağıbəyli kəndi (VİDEO)
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü
İƏT-in Zirvə toplantısı: Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycanın strateji tərəfdaşları kimi...
Ermənistan daha bir beynəlxalq müsabiqədə iştirak etməyəcək
Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
“Suraxanı” tanker-muzeyinə giriş qazilər və şəhid ailələri üçün pulsuz olacaq (FOTO)
BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu!
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək
YAP-ın VII qurultayını qalib ölkənin qurultayı adlandırmalıyıq - Musa Quliyev (VİDEO)
DTX-nin rəisi Türkiyədə hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığı verib
Vilayət Eyvazov Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşüb
YAP-ın növbədənkənar qurultayı: Hakim partiyada nələr dəyişdi? - Trend TV-nin REPORTAJI
Şəhid anaları ziyarət edilib (FOTO)
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəalları ilə görüşüb (FOTO)
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik
Prezident İlham Əliyev: Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra edilir və hədəflərimizə çatırıq
Əhaliyə vaksinasiya üçün onlayn növbə götürməyə çağırış edilib
Azərbaycanda koronavirusa yoluxanların sayı artıb
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir
Prezident İlham Əliyev: YAP-ın VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
Energetika Nazirliyində 8 Marta həsr olunmuş tədbir keçirilib
İranda ötən sutka 81 nəfər koronavirusdan ölüb
Azərbaycanda siyasi partiyaların sayı 56-ya düşüb
Mübariz Mənsimov azadlığa buraxılıb
Bəzi müxalifət partiyaları qollara parçalandığı halda, YAP birləşdirici funksiya daşıyır - YAP-a qoşulan partiya sədri
Nizami rayonunda soyğunçu saxlanılıb (FOTO)
Su hövzələrində balıqların tükənməsinin səbəbkarı kimlərdir? - İttifaq sədrindən açıqlama
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
Sabunçuda narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Könül Nurullayeva Keşlə qəsəbəsində sakinlərlə görüşüb (FOTO)
Bu şəxslər YAP İdarə Heyətinin yeni tərkibində yer almayıblar (SİYAHI)
Şuşada ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (FOTO)
Əli Əsədov Türkiyənin Vitse-prezidentinə helikopter qəzası ilə bağlı başsağlığı verib
İxtisassız sahələr üzrə kifayət qədər çox işaxtaranlarımız var - Agentlik sədri
Prezident İlham Əliyev dünyada sabitliyin bərqərar olmasına çalışan liderlərdəndir - Ekspert
“AccessBank” tender elan edir
İşə qəbul zamanı müharibə iştirakçıları imtiyazlı qrupa daxil edilməyib - Agentlik sədri
Transxəzər Fiber Optik Kabel Xətti layihəsi “Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” tədbirində vurğulanıb (FOTO)
BİRLinkdən “Novruz payı”: Hədiyyəni özün seç!
Domen nədir və bizim buna niyə ehtiyacımız var?
Sabah 18 dərəcə isti olacaq
ÜST pandemiyanın bitəcəyi vaxtı açıqlayıb
Yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxarılmasını nəzərdə tuturuq - Agentlik sədri
Bütün xəbərlər