...

BQXK Azərbaycana dəstək fəaliyyətini davam etdirir

Siyasət Materials 4 Fevral 2021 15:31 (UTC +04:00)
BQXK Azərbaycana dəstək fəaliyyətini davam etdirir

Bakı. Nərgiz Sadıxova, tərcümə Orxan Nəbiyev - Trend:

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycanın 2020-ci ildə üzləşdiyi çətinliklərlə əlaqədar dəstək fəaliyyətini genişləndirməkdə davam edir.

Trend bu barədə təşkilata istinadən məlumat verir.

Məlumata əsasən, 2020-ci ildə BQXK-nin Bakı və Bərdədəki ofisləri Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş sakinlərə humanitar yardımı davam etdirib.

Ötən il COVID-19 pandemiyası və İkinci Qarabağ müharibəsi nəticəsində BQXK Azərbaycanda il ərzində nəzərdə tutulmuş fəaliyyətini təkrar nəzərdən keçirməli və mövcud vəziyyətə uyğunlaşdırmalı olub.

Təşkilatdan onu da bildiriblər ki, hazırda Azərbaycanın Qırmızı Aypara Cəmiyyəti ilə tələbatların dəyərləndirilməsi üçün sıx əməkdaşlıq qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti