Azərbaycanda əhalinin vaksinasiyası planlı şəkildə və ədalət prinsipləri gözlənilməklə həyata keçirilir - Kamaləddin Qafarov

Azərbaycanda əhalinin vaksinasiyası planlı şəkildə və ədalət prinsipləri gözlənilməklə həyata keçirilir - Kamaləddin Qafarov

Bakı. Trend:

“Respublikamız bu məsələdə də öz lider mövqelərini qoruyaraq Cənubi Qafqazda vakasinasiyaya birinci başlamış ölkə oldu. Eyni zamanda da bir çox Avropa və dünya dövlətlərindən fərqli olaraq, Azərbaycanda vətəndaşların COVİD-19-a qarşı peyvənd olunmaları prosesi şəffaflıq və ədalət prinsiplərinin qorunması şəraitində həyata keçirilir”. Bu sözləri yap.org. az. saytına müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili ötən ilin sonlarından bəzi ölkələrdə başlanmış vaksinasiya ilə bağlı dünyada gedən proseslərə münasibət bildirərkən qeyd edib ki, müşahidələr bu zəmində ciddi problemlərin yaşana biləcəyini deməyə əsas verir. Kamaləddin Qafarov bəzi böyük dövlətlərin öz iqtisadi imkanlarından sui-istifadə edərək dünyada süni şəkildə vaksin defisiti yaratmaq cəhdlərini bütün bəşəriyyətə qarşı yönəlmiş addım kimi dəyərləndirib: “Çox təəssüflər olsun ki, hələ də özlərini dünyanı idarə etmək istəklərinin əsirliyindən qurtara bilməyən bəzi qüvvələr hətta bütün insanlıq üçün qlobal təhlükə olan koronavirus infeksiyası ilə bağlı yaranmış vəziyyətdən də dərs ala bilmədilər. Əksinə, baş verən prosesləri izləməklə bu qənaətə gəlmək olur ki, bəzi dünya gücləri yaranmış vəziyyəti özlərinin müstəmləkəçi ambisiyalarını təmin edə bilmək üçün bir şans olaraq dəyərləndirirlər. Heç təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılış mərasimindən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də bu məsələyə toxunaraq vaksinasiya ilə bağlı dünyada gedən proseslərin ciddi narahatlığa əsas verdiyini söyləmişdir. Həqiqətən də bu gün biz məsələn, Böyük Britaniya tərəfindən dünyada vaksin defisiti yaradılması məqsədilə konkret addımların atıldığını müşahidə edirik. Həmçinin Kanada dövləti də ölkə əhalisinə tələb olunandan 4 dəfə artıq vaksin sifariş etməklə öz müttəfiqinin cəhdlərinə dəstək verməkdədir. Yaranmış vəziyyətdə dünyada çoxluq təşkil edən kasıb dövlətlərin əhalisinin həmin vaksinlərlə təmin olunmaları məsələsi böyük bir sual altına düşür. Möhtərəm Prezidentimiz də problemin məhz bu tərəfini əsas götürərək dünya dövlətlərinin liderlərinə açıq və net şəkildə vaksinlərin bölüşdürülməsi məsələsində ədalət prinsiplərinin gözlənilməsinə dair çağırış mesajı vermişdir. Prezident cənab İlham Əliyev Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürərkən demişdi ki, Azərbaycan beynəlxalq hüququ və ədaləti müdafiə edəcək, bütün üzv ölkələrin maraqlarını müdafiə edəcək. Bu gün biz yenə də Azərbaycan Prezidentinin öz prinsiplərinə sadiq qaldığını və Qoşulmama Hərəkatına üzv olan bütün digər ölkələrin liderlərini də insanlıq və ədalət naminə daha mübariz olmağa çağırdığını görürük. Mən xüsusi olaraq bir məqamı da diqqət mərkəzinə çəkmək istəyirəm ki, Azərbaycan Prezidentinin bu mövqeyi qətiyyən ölkəmizin vaksinasiya ilə bağlı qarşılaşdığı hər hansı bir problemlə əlaqəli deyil. Çünki Azərbaycan dövləti bu məsələ ilə bağlı bütün lazım olan addımları vaxtında atıb. Azərbaycan COVAKS təşəbbüsünün üzvüdür və COVAKS xətti ilə müxtəlif vaksinlər ölkəmizə gətirilir. Dövlət tərəfindən artıq 4 milyon doz vaksin sifariş edilib və onların Azərbaycana gətirilməsi də təmin olunub. Məhz bu tədbirlər sayəsində Azərbaycan Cənubi Qafqazda birinci olaraq artıq vaksinasiya işlərinə start verib.”

Daha sonra işğaldan azad edilmiş ərazilərimizdə gedən quruculuq işlərinə dair fikirlərini bildirən millət vəkili deyib ki, həmin bölgələrdə erməni vandallarının törətdikləri dağıntılar bütün dünyada erməni faşizmini və separatizmini dəstəkləyən qüvvələr üçün bir dərs olmalıdır. Bu qüvvələrin əslində sadəcə bir bölgəni deyil, hətta bütün bəşəriyyəti belə məhvə sürükləyə biləcək qədər böyük bir təhlükəni bəslədiklərini deyən Kamaləddin Qafarov Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin əsl xilaskarlıq missisiyası olduğunu da vurğulamışdır: “Erməni vandalları 30 il ərzində işğal altında saxladqları Azərbaycan ərazilərində yerləşən bütün rayon və kəndləri dağıtdılar, bütöv rayonlar viran qoyuldu. Bütün kommunikasiyalar, infrastruktur dağıdıldı. Mədəni, tarixi abidələr qarət edildi, təbii sərvətlər talandı. Bəlkə də bəşəriyyət indiyədək heç bir işğal dönəmində belə vandallıqla üz-üzə gəlməmişdi. Bu da təbiidir, çünki indiyədək erməni faşizminə heç zaman bu qədər imkan verilməmişdi. İndi təsəvvür edin ki, Ermənistan bu gün bir qədər daha çox gücə, daha böyük imkanlara malik olsa, sadəcə yerləşdiyi region üçün deyil, bütün dünya üçün necə bir təhdid olar. İşğaldan azad edilmiş ərazilərdə müşahidə etdiyimiz dağıntılar Azərbaycanın necə böyük bir bəlaya qarşı mübarizə apardığını və bəşəriyyəti necə böyük təhlükədən xilas etdiyini açıq-aşkar göstərir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də bunun üstünü örtürdülər. Lakin bu gün vəziyyət kökündən dəyişib. Bu gün artıq hər kəs ermənilərin törətdikləri talançılıq, vəhşilik və düşmənçiliyi görə biləcək. Məhz bu məqsədlə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həmin bölgələrə beynəlxalq jurnalistlər, diplomatik korpusun nümayəndələri dəvət olunurlar. Artıq hər kəs etiraf etməlidir ki, Azərbaycan Vətən müharibəsindəki qələbəsilə erməni faşizmini məhv edib ki, bu da sadəcə Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün çox böyük əhəmiyyət kəsb edir. Viran qoyulmuş şəhər və kəndlərimiz isə ən qısa zamanda bərpa olunacaq. Artıq torpaqlarımıza Böyük qayıdış başlayıb və möhtəşəm quruculuq işlərinə, o cümlədən Ölkə Prezidenti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verilib. Böyük qürur doğuran önəmli məqamlardan biri də budur ki, Şuşanın işğalı zamanı Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı erməni vandalları tərəfindən güllələnmiş və sonradan Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Bakıya gətirilmiş büstləri də artıq Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Əbəs yerə deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz müsahibəsində Şuşanın tezliklə sadəcə Azərbaycanın deyil, həmçinin bütün dünyanın ən gözəl mədəniyyət paytaxtlarından birinə çevriləcəyini bəyan etmişdir. Əminəm ki, artıq çox az bir zamandan sonra biz hamımız bütün bu gözəllikləri doğma Qarabağımızda seyr edə biləcəyik.”

Planet roveri "Perseverance" Mars səthində ilk məsafələrini qət edib
Planet roveri "Perseverance" Mars səthində ilk məsafələrini qət edib
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzadıb
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzadıb
Yaponiya portalı Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalə yayıb
Yaponiya portalı Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalə yayıb
Loading Bars
Xəbər lenti
"Abivax" koronavirus dərman preparatının sınaqlarını dayandırıb
Yeni Zelandiya sahillərində həftə ərzində üçüncü güclü zəlzələ qeydə alınıb
Bayden xaricdə hərbi gücün istifadəsi siyasətini yeniləməyə razıdır
"Mançester Siti" "Atalanta"nın futbolçusu Qosenslə maraqlanır
Planet roveri "Perseverance" Mars səthində ilk məsafələrini qət edib
İtaliyada 2020-ci ildə ölüm halları 21 faiz artıb
Misirdə mikroavtobus qəzaya uğrayıb, 18 nəfər ölüb
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzadıb
Türkiyədə son sutkada koronavirusdan 7 711 nəfər sağalıb
"Muğan Bank"ın filialının binasında yanğın olub
Somalinin paytaxtında güclü partlayış olub
ÜST: Dünyada ötən sutka koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb
Yaponiya portalı Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalə yayıb
Qaxda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb
Prezident İlham Əliyev: Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir
Prezident İlham Əliyev: Deyirlər ki, biz yeddi rayonu azad etmişik, elə deyil, daha çox ərazini azad etmişik
Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri qəhrəmanlıq göstəriblər
Prezident İlham Əliyev: Böyük Qayıdış proqramının icrasında ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
Prezident İlham Əliyev: Şəhid ailələrimizə qayğımız mənzillərin, yaxud da ki, avtomobillərin verilməsi ilə bitmir
Prezident İlham Əliyev: Bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi öz işini yekunlaşdırıb - XİN
Türkiyədən Azərbaycana daha çox sərmayəçi gələ bilər - Abdurrahman Uzun
Müttəfiq ölkə liderlərinin Prezident İlham Əliyev haqqında qiymətləndirmələri Azərbaycana verilən dəyərdir - Aydın Quliyev
Prezident İlham Əliyev: Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
Ceyhun Bayramov Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş ilə görüşüb (FOTO)
Əlahiddə Ümumqoşun Orduda zirehli döyüş maşınlarının heyətləri ilə döyüş atışlı məşğələlər keçirilir (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir
Paytaxtın bu yollarında sıxlıq var, avtobuslar gecikir (FOTO)
YAP-ın İdarə Heyətinin yeni tərkibi məlum oldu (SİYAHI)
Xalqın bütün təbəqələri YAP-a inanır - Məlahət İbrahimqızı
Qəbələdə avtomobil təmiri sexi və içərisindəki minik maşını yanıb
İsveçdə "vaksin pasportları" verilə bilər
Prezidentin açılış etdiyi gəmi-muzeydən REPORTAJ
Nəsir İmanquliyev yad edildi (FOTO)
Norveç şirkəti Azərbaycana 25 000 dollarlıq yatırım edib
Qazi və şəhid ailələrinin evinə qaz verilib
Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
“Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiqləndi
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
Avropa koronavirusun üçüncü dalğası ilə üz-üzədir
Prezident İlham Əliyev: Ali Baş Komandan kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də haradadır
Prezident İlham Əliyev: İqtisadi sahədə dürüstlük, inhisarlara son dövrüdür
Prezident İlham Əliyev: “Demokratlar” indi niyə susurlar, niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır
Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası
Azərbaycan Prezidenti: Müharibə başlayanda kim deyə bilərdi ki, Azərbaycan haqsızdır?
QDİƏT ölkələri pandemiyanın turizmə təsirini müzakirə ediblər
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurdu
Prezident İlham Əliyev: Bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur
Azərbaycan İlahiyyat İnstitutunda növbəti iclas keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq
Yelo Bank-dan yeni və parlaq mobil əlavə
Prezident İlham Əliyev: Yol çəkirik, asfalt bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?
Azərbaycan Prezidenti: Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq
Balakəndə yas mərasimi keçirənlər cərimələnib (FOTO)
Prezident İlham Əliyev: Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti mən hakimiyyətə gələndə uşaq olan insanlardır
Prezident İlham Əliyev: İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır, məcbur edəcəyik onları
Azərbaycan Prezidenti: Lüksemburq o qədər də böyük, yumşaq desək siyasi çəkiyə malik olan ölkə deyil ki, naziri bizə irad tutsun
Azərbaycan Prezidenti: Böyük ölkələrin nümayəndələri məni ittiham etdilər ki, İlham Əliyev sülh istəmir
KOBİA özünüməşğulluq proqramına dəstəyini davam etdirir
Ombudsman hərbi helikopterin qəzaya uğraması ilə bağlı Türkiyənin müxtəlif qurum rəhbərlərinə başsağlığı verib
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat cütlüyünun əli Azərbaycan xalqının qanına batmışdır
Prezident İlham Əliyev: O vaxt milli maraqları hər şeydən üstün tutan “91-lər”in fəaliyyətini yüksək qiymətləndirirəm
AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı ünvanayıb
YAP icra katibliyi ləğv edildi
DSX rəisi Nadim Razanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Rusiyada ikinci koronavirus vaksini ilə kütləvi peyvəndləmə başlayır
Prezident İlham Əliyev: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
Yoluxma sayında artım davam edərsə, karantin sərtləşdirilə bilər - Şöbə müdiri
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Rəsmi Yerevan sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir - Leyla Abdullayeva
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
Prezident İlham Əliyev: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin olunub
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi
Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi azadlığa buraxıldı
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
“Arabnews” qəzeti: Azərbaycan Pakistanı bütün sahələrdə dəstəkləyir
Bakıda ağacların dibi asfaltdan təmizlənib (FOTO)
Roma papası peyvənd olunduqdan sonra ilk xarici səfərini reallaşdırdı
Ağdam rayonunun Tağıbəyli kəndi (VİDEO)
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü
İƏT-in Zirvə toplantısı: Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycanın strateji tərəfdaşları kimi...
Ermənistan daha bir beynəlxalq müsabiqədə iştirak etməyəcək
Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
“Suraxanı” tanker-muzeyinə giriş qazilər və şəhid ailələri üçün pulsuz olacaq (FOTO)
BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu!
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək
YAP-ın VII qurultayını qalib ölkənin qurultayı adlandırmalıyıq - Musa Quliyev (VİDEO)
DTX-nin rəisi Türkiyədə hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığı verib
Vilayət Eyvazov Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşüb
Bütün xəbərlər