...

Britaniya ilə Azərbaycan arasında əməkdaşlıq daha da genişlənəcək - Dövlət naziri

Siyasət Materials 9 Fevral 2021 13:15 (UTC +04:00)
Britaniya ilə Azərbaycan arasında əməkdaşlıq daha da genişlənəcək - Dövlət naziri

Bakı. Elçin Mehdiyev - Trend:

Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlıq daha da genişlənəcək.

Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Morton fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib.

Nazir bildirib: “İkitərəfli münasibətlərimizə gəldikdə, biz bir çox sahələrdə əməkdaşlıq edirik. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcək. Mən dünən səfirimiz tərəfindən təşkil olunmuş proqram sayəsində Azərbaycan mədəniyyəti ilə tanış oldum”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti