...

Könül Nurullayeva Nizami rayonunda seçiciləri ilə görüşləri davam etdirir (FOTO)

Siyasət Materials 10 Fevral 2021 15:28 (UTC +04:00)
Könül Nurullayeva Nizami rayonunda seçiciləri ilə görüşləri davam etdirir (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Millət vəkili Könül Nurullayeva Nizami rayonunda seçiciləri ilə görüşləri davam etdirir.

Trend-in məlumatına görə, karantin qaydalarına uyğun olaraq, seçici qəbulları səyyar formatda davam edir.

K.Nurullayevanın Deputat Qərargahından verilən məlumata görə, belə görüşlərdən biri ötən gün baş tutub. Qəbul zamanı Q.Qarayev prospekti ev 30/42, 32, 46, 62, 66 və 68, Əzimzadə küçəsi 34/60, K. Balakişiyev küçəsi 57 və 61, Rüstəmov küçəsi 25/63, 27 və 29 saylı binalarda yaşayan sakinlərlə görüş keçirilib. Onları narahat edən məsələlər dinlənilib, problemləri həll etmək aiddiyyatı qurumlara qısa zamanda ünvanlamaq məqsədilə qeydiyyat aparılıb.

Məlum olub ki, bir sıra binalarda uzun illərdir, istilik sisteminin olmaması, su təchizatında yaşanan narahatlıqlar, məhəllələrdə su sayğaclarının quraşdırılması, kanalizasiya problemi, bloklarda və bina fasadında təmir-bərpa işləri, qurumuş ağacların budanması və liftlərin təmir edilməsi və s. sakinləri narahat edən məsələlərdir.

K.Nurullayeva bildirib ki, bir neçə gündən sonra növbəti məhəllələrdə də səyyar görüşlər davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti