...

Prezidentin xüsusi nümayəndələri ilə bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilib

Siyasət Materials 22 Fevral 2021 13:33 (UTC +04:00)
Prezidentin xüsusi nümayəndələri ilə bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilib

Bakı. Trend6

Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Trend xəbər verir ki, sənədə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 11.1.2.1-1-ci, 11.1.3.3-1-ci və 11.1.4.3-1-ci maddələr əlavə edilir:

“11.1.2.1-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri;”;

“11.1.3.3-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri;”;

“11.1.4.3-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri;”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti