...

Şərurun Dəmirçi kəndi Sədərək rayonunun ərazisinə verilir

Siyasət Materials 23 Fevral 2021 12:29 (UTC +04:00)
Şərurun Dəmirçi kəndi Sədərək rayonunun ərazisinə verilir

Bakı. Elçin Mehdiyev - Trend:

“Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, layihəyə əsasən Şərur rayonun inzibati ərazi bölgüsündə olan Dəmirçi kənd inzibati ərazi dairəsindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir.

Layihə səsverməyə qoyularaq qəbul edilib. Bununla bağlı eyni zamanda Bələdiyyələrin siyahısına da dəyişiklik edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti