Azərbaycan diplomatiyasının növbəti qələbəsi

Azərbaycan diplomatiyasının növbəti qələbəsi

Bakı. Trend:

“Dörd saat ərzində, dörd dildə, təxminən 50 sualı heç bir şübhə və tərəddüd üçün yer qoymadan cavablandıran Azərbaycan Prezidenti İlham Əliyev dünyanın aparıcı informasiya vasitələrinin nümayəndələri və yerli jurnalistlər qarşısında Dağlıq Qarabağla bağlı qəti mövqeyini bir daha ortaya qoymaqla Azərbaycanın Cənubi Qafqazda artıq yeni reallıqlar yaratdığına və hər kəsin də bu reallıqları qəbul etmək məcburiyyətində olduğuna dair növbəti dəfə bütün dünyaya aşkar mesaj ünvanlamış oldu”.

Bu sözləri Trend-ə açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısına ünvanlanan suallar arasında Qarabağla bağlı, xüsusilə də bölgədə mövcud olan hazırkı vəziyyət və gələcək planlara dair sualların üstünlük təşkil etməsi dünya ictimaiyyətinin ölkəmizə və regionda gedən proseslərə olan böyük marağından xəbər verir: “Təbii ki, Azərbaycanın tarixi qələbəsilə başa çatmış Vətən müharibəsinin nəticələri və bölgənin, eləcə də ümumilikdə Cənubi Qafqazın bundan sonrakı inkişaf perspektivləri ilə bağlı bir çox suallar, hazırda aparıcı dünya dövlətlərinin rəhbərləri ilə yanaşı, dünya ictimaiyyətini də son dərəcə maraqlandıran məsələlərdəndir. Nəzərə alsaq ki, Azərbaycan artıq uzun müddətdir ki, regionun lider dövləti kimi çıxış edir və öz ərazi bütövlüyünü təmin etdikdən sonra, həm də məhz öz gücünə qalib gəldiyi müharibənin nəticəsi olaraq təmin etdikdən sonra bu mövqeyini daha da möhkəmləndirib, o zaman bu marağın əsassız olmadığını anlamaq çətin deyildir. Digər tərəfdən isə, bu gün ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolun önəmi dəfələrlə artıb. Artıq Azərbaycanla hesablaşmaq, Azərbaycanı dinləmək və eşitmək vaxtı olduğunu dünyanın bir çox inkişaf etmiş aparıcı ölkələri qəbul edirlər. Yeri gəlmişkən, mətbuat konfransında dövlətimizin başçısına ünvanlanan suallardan bu da məlum olurdu ki, xarici jurnalistləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin daxili məsələləri ilə bərabər, həm də regional və dünya miqyaslı problemlərə dair fikir və rəyləri, gedən proseslərə münasibəti də maraqlandırırdı. Başqa sözlə desək, Prezident İlham Əliyevin dünyanın siyasi elitasının nüfuzlu nümayəndələrindən biri kimi qəbul edildiyi bu mətbuat konfransında bir daha öz təsdiqini tapmış oldu.”

Kamaləddin Qafarov keçirilən mətbuat konfransının həmçinin Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından da xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı: “Ölkə Prezidentinin keçirdiyi mətbuat konfransı üçün məhz 26 fevral tarixinin, Xocalı soyqırımının 29-cu ildönümü gününün seçilməsi də, əlbəttə ki, təsadüfi deyildi. Media nümayəndələrinə müraciət edən Prezident İlham Əliyev erməni faşizminin törətdiyi bu qanlı soyqırımı haqqında daha ətraflı məlumat verməklə Azərbaycan həqiqətlərinin bizimlə tərəfdaş olmaq, əməkdaşlıq etmək istəyən bütün ölkələr tərəfindən birmənalı olaraq qəbul edilməsinin zəruriliyini vurğulamış oldu. “Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir”- deyən dövlət başçısı ölkəmizin öz problemlərini özü həll etmək iqtidarında olduğunu qeyd edərək, eyni zamanda da beynəlxalq ictimaiyyətin, dünya ölkələrinin bu məsələyə münasibətinin bizim üçün əhəmiyyətli olduğunu bildirdi. Qeyd edildi ki, Xocalı soyqırımı artıq dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Bu məsələ ilə bağlı diqqəti çəkən məqamlardan biri də bu oldu ki, bir çox xarici jurnalistlər Xocalı hadisələrini məhz soyqırımı kimi qəbul etdiklərini birmənalı şəkildə ifadə etdilər. O cümlədən Böyük Britaniyanın “Teleqraf” qəzetinin təmsilçisinin Azərbaycan Prezidentinə müraciət edərək: “Bu qorxunc soyqırımını anım günündə bizimlə görüşdüyünüzə görə təşəkkür edirəm”- deyə sözə başlaması da jurnalistin və onun təmsil etdiyi media qurumunun bu məsələyə münasibətindən xəbər verir.”

Millət vəkili Dağlıq Qarabağın statusu ilə bağlı verilən suala cavab olaraq Prezident İlham Əliyevin öz qəti mövqeyini ortaya qoymasını Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar yaratdığına və bu reallıqların bütün dünya tərəfindən qeyd-şərtsiz qəbul ediləcəyinə dair növbəti mesaj kimi qiymətləndirdiyini bildirdi: “Etiraf edim ki, jurnalistlərdən biri tərəfindən verilən, statusla bağlı sual məni bir qədər təəccübləndirdi. Daha dəqiq desəm, sualın qoyuluşu. Əgər diqqət etdinizsə həmin sualda belə bir ifadə yer almışdı: “...Siz dediyiniz kimi, beynəlxalq ictimaiyyətin ciddi əleyhinə olduğu 44 günlük Vətən müharibəsini Müzəffər Ali Baş Komandan kimi uğurla yekunlaşdırdınız. ... Amma beynəlxalq ictimaiyyətdə belə bir qənaət var - Dağlıq Qarabağın statusu tam olaraq müəyyənləşmədən bu müharibə heç vaxt bitməz...” Artıq sualın özündə yer almış ziddiyyət də açıq-aydın göstərir ki, beynəlxalq ictimaiyyətin rəyi heç də həmişə alternativsiz həqiqət kimi qəbul edilə bilməz. Bəli, 30 il ərzində bir çox beynəlxalq qurum və təşkilatlar bu müharibənin əleyhinə çıxış etdilər, bizi və bütün dünyanı münaqişənin hərbi yolla həllinin olmadığına inandırmağa çalışdılar. Bu qüvvələr sadəcə olaraq ölkəmizin ərazi bütövlüyünün bərpa olunmamasını və torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasını istəyirdilər. Prezident İlham Əliyev hər zaman bunun əksini söylədi və tarix də məhz Azərbaycan Prezidentinin haqlı olduğunu təsdiqlədi. Əminəm ki, bu gün də beynəlxalq ictimaiyyətdə “Dağlıq Qarabağın statusu tam olaraq müəyyənləşmədən bu müharibə heç vaxt bitməz” kimi əsassız və tamamilə yanlış rəy formalaşdırmaq istəyənlər məhz həmin qüvvələrdir. Dövlət başçısının bu suala verdiyi qəti cavab isə həmin qüvvələrə ünvanlanmış net bir mesaj kimi qiymətləndirilə bilər: “Mən bu haqda artıq demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Azərbaycan bu münaqişənin bir tərəfi idi. Biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. ...O ki qaldı, statusa, mən öz çıxışlarımda statusun ünvanını göstərdim. Bir daha o məsələyə qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar.” Bu o deməkdir ki, artıq Dağlıq Qarabağın hər hansı bir statusu barədə xəyallar qurmağın deyil, Azərbaycanla gələcək əməkdaşlıq barədə düşünməyin vaxtıdır. Bunun üçün isə Azərbaycanı qalib ölkə və Cənubi Qafqazda yaranmış yeni reallıqların müəllifi kimi qəbul etmək və bizimlə bütün münasibətləri də məhz bu yanaşma nöqtəsindən qurmağa cəhd etmək lazımdır”.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradılıb - Fərman
QHT-lərə Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradılıb - Fərman
İrəvanın yeganə nicat yolu Bakı və Ankaradan keçir - Deputat
İrəvanın yeganə nicat yolu Bakı və Ankaradan keçir - Deputat
Türkiyənin yeni səfiri Azərbaycana gəlir (FOTO)
Türkiyənin yeni səfiri Azərbaycana gəlir (FOTO)
Loading Bars
Xəbər lenti
"MOL Group" "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmlərini açıqlayıb
İran Azərbaycanla preferensial ticarət müzakirələrini davam etdirir
Ermənistanda hərbi xidmət üçün yaş həddi artırılıb
Xaçmazda mağazadan oğurluğa cəhd edən dəstə yaxalandı
Neftçalada su qıtlığını aradan qaldırmaq üçün yeni layihə icra olunacaq
Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı
QHT-lərə Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradılıb - Fərman
Şanlı qəhrəmanlıq salnaməsi
Şamaxıda ilk dəfə çörəkotu əkininə başlanıb (FOTO)
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Saatlıda yas mərasimi dayandırılıb
İrəvanın yeganə nicat yolu Bakı və Ankaradan keçir - Deputat
Azərbaycan Dillər Universitetində Çin dili günü qeyd olunub
Bakı Limanının yük dövriyyəsi artıb
Qusarda əkin sahələrinin suvarılması üçün işlər görülür
Qarabağda Belarus aqroşəhərciklərinin tikintisi nəzərdə tutulur
Ötən gün 23 yanğın olub, 1 nəfərin meyiti çıxarılıb - Əməliyyat görüntüləri (VİDEO)
Düşmən elə tələlər qurub ki, bəzən minatəmizləyənlər də ağır yaralanır – Trend TV-nin REPORTAJI
Türkiyənin yeni səfiri Azərbaycana gəlir (FOTO)
“ƏDV geri al” çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb
Rusiyada peyvənddən sonra anticisimləri müəyyənləşdirən ekspres test hazırlanıb
Cəlilabadda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb
Göyçayda əməliyyat - Rüşvət alan vəzifəli şəxslər həbs edildi
"Din və ideoloji təhlükəsizlik" kitabının online təqdimatı keçirilir
Ağcabədi-Xocavənd yolunda işlər yekunlaşmaq üzrədir (FOTO)
Daha 146 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb
Sabah Milli Məclidə komitələrin birgə iclası keçiriləcək
Azərbaycanda qızıl bahalaşır
İstirahət günləri evdən çıxan daha 9 koronavirus xəstəsi saxlanıldı
Bakıda ən çox yoluxma bu rayonlarda olub
Kürün bir hissəsində təmizləmə işləri aparılıb (FOTO)
Ölkə üzrə COVID-19-a yoluxma STATİSTİKASI
Yelo Bank hesabat dövrünü 5.7 milyon xalis mənfəətlə başa vurub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib (FOTO) (YENİLƏNİB)
Füzuli rayonunun Sərdarlı kəndi (VİDEO)
Kapital Bank biznes və sahibkarlar üçün 24/7 fəaliyyət göstərən özünəxidmət sahəsi yaradıb
Aprelin 19-da xarici valyutaların manata qarşı məzənnələri
Xocalı polisi reyd keçirib (FOTO)
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb (FOTO)
Martda 1200-ə yaxın sahibkar təlimlərdən və məsləhət xidmətlərindən faydalanıb
Bakıda 11 marşrut xətti üzrə avtobuslar gecikir (FOTO)
Hindistanda koronavirusa yoluxanların sayı 15 milyonu ötüb
Bakıda mənzildən kişi meyiti tapılıb
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb (FOTO)
Yevlaxda ikimərtəbəli ərzaq mağazası yanıb
Braziliyada ötən sutka koronavirusdan 1 657 nəfər ölüb
COVID-19 pandemiyası əməkdaşlıq üçün yeni imkanlar yaradıb - Latviya səfirinin müşaviri
Qazaxıstanda son sutkada koronavirusa 2 179 nəfər yoluxub
Bayden amerikalıları təcili koronavirusa qarşı peyvəndlənməyə çağırıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 239 nəfərə düşüb
Helsinkidə məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib, saxlanılanlar var
FİFA yeni Super Liqanın yaradılmasına qarşı çıxıb
Misirdə qatarın relsdən çıxması nəticəsində 11 nəfər ölüb, 98 nəfər yaralanıb
Afrikada koronavirusa yoluxanların sayı 4,42 milyonu ötüb
Avropanın 12 top klubu futbol üzrə yeni Super Liqanın yaradıldığını elan edib
UEFA bu gün AVRO-2020 oyunlarına ev sahibliyi edəcək şəhərləri təsdiq edəcək
Rusiya XİN 20 çexiyalı diplomatı "persona non-qrata" elan edib
Parataekvondoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak edəcəklər
Türkiyədə son sutkada koronavirusdan 43 856 nəfər sağalıb
Heydər Əliyev prospektində qəza olub (FOTO)
Üzgüçülərimiz hazırlıq mərhələsində yaxşı nəticələr göstəriblər
Dünyada koronavirusa yoluxanların sayı 140 milyonu ötüb
İraqda hərbi baza raket hücumuna məruz qalıb
Cüdoçularımız Avropa çempionatını iki bürünc medalla başa vurublar
Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ olub
İki paraatletimiz İtaliyada qızıl medal qazandı
Britaniyada koronavirusa yoluxanların sayı 4,38 milyon nəfəri ötüb
Myanmada toqquşmalarda ölənlərin sayı 737-ə çatıb
Futbol üzrə İtaliya çempionatı: "Atalanta" "Yuventus"a qalib gəldi
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
Tayvanda iki güclü zəlzələ baş verib
Bakıda ikimərtəbəli ev yanıb
Misirdə qatar qəzasında 100-ə yaxın sərnişin xəsarət alıb
Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb
Azərbaycanda 2 144 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Qarabağa aid sənədli film istehsal olunub (FOTO)
Ombudsman Səbinə Əliyeva 3-cü “Fərqli Fərdlər” Konqresində iştirak edib (FOTO)
İsmayıllıda COVİD-19 xəstəsi bazarda aşkarlanıb
Suriya prezident seçkilərinin vaxtını təyin edildi
Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
Adobe şirkətinin təsisçisi və PDF formatının yaradıcısı Çarlz Geşke vəfat edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyyətinin zoom vasitəsilə XIX toplantısı keçirilib
İranda koronavirusa yoluxanların sayı 2,2 milyona çatıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb
Çexiya 18 rus diplomatının ölkədən çıxarır
Ağdam rayonunun Saybalı kəndi (VİDEO)
Gürcüstanda koronavirusa daha 818 nəfər yoluxub, 793 nəfər ölüb
ABŞ-da naməlum şəxs yas mərasimində atəş açıb, ölən var
Sabahın hava proqnozu açıqlanıb
Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır
İranda güclü zəlzələ qeydə alınıb
Xızı rayonunda sursat aşkar edilib (FOTO)
Qubadlı rayonunun Tarovlu kəndi (VİDEO)
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
Ağdam sakini minaya düşüb (FOTO)
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Bütün xəbərlər