Ermənistanın blokadadan yeganə çıxış yolu Azərbaycanla hesablaşmaqdır - ŞƏRH

Ermənistanın blokadadan yeganə çıxış yolu Azərbaycanla hesablaşmaqdır - ŞƏRH

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistanın enerji sektoru da ölkə iqtisadiyyatının digər sahələri kimi acınacaqlı vəziyyətdədir. Məhz bu baxımdan, ölkənin təbii qaza və benzinə olan tələbatı, ən adi texniki problemlər səbəbindən ödənməyə bilər. Rusiyanın “Şimali Qafqaz – Zaqafqaziya” qaz ixrac kəmərinin təmir edilməsi səbəbindən Ermənistana verilən qazın dayandırılması da bunu sübuta yetirir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, digər tərəfdən, “Şimali Qafqaz – Zaqafqaziya” qaz ixrac kəmərinin 137 km Rusiya, 263 km isə Gürcüstandan keçməsi bu kəmər vasitəsilə Ermənistana ixrac edilən təbii qazın qiymətinin artmasına səbəb olur:

“Gürcüstan ərazisindən Ermənistana ixrac edilən Rusiya qazının 10%-ni tranzit haqqı kimi özünə götürür ki, bu da şübhəsiz ki, qiymət artımının əsas səbəblərindən biridir. Ermənistanı təbii qazla təmin edən ölkələrdən biri də İrandır. 140 km uzunluğu olan kəmər Təbriz və Meğri qazpaylayıcı stansiyalarını birləşdirir. Lakin kəmərin ötürücülük imkanları kifayət qədər aşağı olduğu üçün, bu, Ermənistanın təbii qazla təminatı üçün ciddi alternativ sayılmır. Ermənistanın elektrik enerjisinə olan tələbatının 40%-ni Razdan İstilik Elektrik Stansiyası, 30%-ni isə Metsamor AES ödəyir. Metsamorla bağlı yaranmış vəziyyət bu ölkənin elektrik enerjisinə olan təlabatının ödənilməsində hər an ciddi problemlərin yaranmasına səbəb ola bilər”.

E.Mirzəbəyli vurğulayıb ki, Ermənistan heç bir ölkədən neft almır, çünki ölkədə neft emalı zavodu yoxdur: “Benzin və digər emal edilmiş neft məhsulları isə bu ölkəyə nəqliyyat vasitələrilə daşınır ki, bu da yenə də qiymətə öz təsirini göstərir. Qeyd edim ki, əgər Ermənistana neft kəmərinin çəkilməsi Rusiya, yaxud İran üçün əlverişli olsaydı, çox güman ki, onlar bu günə qədər bu addımı atardılar. Amma Azərbaycan ərazilərinin 30 ilə yaxın bir müddət ərzində işğal altında saxlanılmasının nəticəsi olaraq, Ermənistan dalan-ölkəyə çevrilib və tranzit ölkə olmaq imkanlarından məhrum olub”.

Ekspert qeyd edib ki, iqtisadiyyatı acınacaqlı durumda olan, əhalisinin sayı gündən-günə azalan bu ölkəyə neft kəmərinin çəkilməsi və burada neft emalı zavodunun yaradılması isə “xərci borcunu ödəməyəcək” bir layihə olardı:

“Qeyd edim ki, Baş nazir Nikol Paşinyan 2019-cu ildə fasiləsiz olaraq, Ermənistanın tranzit ölkəyə çevrilməsi ilə bağlı arzularından söz açırdı və deyirdi: “Çox istəyərdik ki, “A” nöqtəsindən “B” nöqtəsinə Ermənistan ərazisindən istifadə olunmaqla təbii qaz və neft nəql edilsin”. Doğrusu, Nikol Paşinyanın bu arzuları dilə gətirəndə, perspektivdə hansısa hadisələrin baş verəcəyini, Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyini və bu səbəbdən regionda yeni əməkdaşlıq imkanlarının yarana biləcəyini ehtimal olaraq ifadə etdiyini düşünmürəm.

Amma 44 günlük müharibədən öncə Ermənistan ərazisindən neft və qaz kəmərlərinin keçməsi mümkün deyildi. Çünki Rusiyadan İrana, yaxud əksinə nə neftin, nə də qazın Ermənistan ərazisindən istifadə edilməklə nəqli absurd olardı. Hər iksinin nefti də, qazı da var və dünyanın ən böyük enerji ixracatçılarından sayılırlar. Türkiyə belə bir lahiyəyə imkan verməzdi, Azərbaycanla məsələ aydındır. Rusiyadan Ermənistana onsuz da Gürcüstan ərazisindən qaz nəql olunurdu və olunmaqdadır. Amma sadəcə Ermənistanın istifadəsi üçün.

Daha öncə qeyd etdiyim kimi, Ermənistan dalandır və dalandan o tərəfə də adətən yol olmur. Bu baxımdan, regionda yaranan yeni reallıqlar müstəvisində Ermənistanın yeganə çıxış yolu Azərbaycan vasitəsilədir. Sivil bir davranış sərgiləyəcəyi, iddialarından əl çəkəcəyi təqdirdə Ermənistanın, yalnız Azərbaycanın lütfü nəticəsində həm nəqliyyat, həm də enerji dəhlizinə çevrilmək imkanı var. Xatırladım ki, Azərbaycan tərəfi İkinci Qarabağ savaşından öncə də, Ermənistanın işğala son qoyacağı təqdirdə, bu ölkənin regionda həyata keçirilən, yaxud keçirilməsi nəzərdə tutulan layihələrdə iştirakının mümkünlüyünü dəfələrlə bəyan edib. İndi isə “dalan ölkə” statusu ilə “tranzit ölkə” statusu arasında seçim etmək növbəsi yenə də Ermənistanındır”.

Hacı Zeynalabdin Tağıyevin abidəsi bürünc-tunc qarışığından hazırlanıb - Xanlar Əhmədov
Hacı Zeynalabdin Tağıyevin abidəsi bürünc-tunc qarışığından hazırlanıb - Xanlar Əhmədov
Türkiyədə “Azərbaycan düşüncə tarixi” kitabı nəşr olunub
Türkiyədə “Azərbaycan düşüncə tarixi” kitabı nəşr olunub
Əfsanəvi opera, qüsursuz ifalar, parlaq aktyorluq - Traviata təqdim olundu (FOTO/VİDEO)
Əfsanəvi opera, qüsursuz ifalar, parlaq aktyorluq - Traviata təqdim olundu (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
Jurnalistlər Makronun mətbuat konfransını boykot ediblər
Braziliya ardıcıl ikinci gün yeni yoluxma hallarının sayına görə antirekordu yeniləyib
"Instagram"da ödənişli abunəçiliq funksiyası əlavə olunacaq
Livanın cənubundan İsrail istiqanıtində raket atılıb
Mingəçevir Dövlət Universitetində “20 Yanvar Azərbaycan xalqının milli qürur və şərəf tarixidir” mövzusunda konfrans keçirilib (FOTO)
Gömrük Akademiyasında Polşanın ölkəmizdəki səfiri ilə görüş keçirilib (FOTO)
Ceyhun Bayramov AEBA-nın rəhbəri ilə görüşüb (FOTO)
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” Günü keçirilib (FOTO)
Aİ nümayəndəliyinin rəhbəri 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib (FOTO)
Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci ildönümüdür
"Trendyol" malları birbaşa alıcıların evinə çatdıracaq
Ərdoğanın Ukraynaya səfərinin tarixi məlum olub
Türk Dövlətləri Təşkilatı 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlandı
Azərbaycan hər hansı qeyd-şərt olmadan delimitasiya prosesinə başlanılmasının tərəfdarıdır - Nazir
“Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda videokonfrans keçirilib
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib (FOTO)
Böyük Britaniya minalarla mübarizədə təcrübəsini Azərbaycanla bölüşür - Səfir
Azərbaycanda əsasən hansı ölkələrin vətəndaşları təhsil alır?
1400-dən çox şəxs bu əməlinə görə cərimə edilib
Ölkədə minik avtomobillərinin istehsalı artıb
Azərbaycanda pensiyaçıların sayı açıqlanıb
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurdu - TƏHLİL
Tramp Mayamidə iki mindən çox lüks ev tikdirməyi planlaşdırır
Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Göyçay DYP-yə yeni rəis təyin olundu
“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 6 min şəxs cəlb edilərək kiçik biznesləri qurulacaq (FOTO)
Şamaxı sakinindən silah və patronları götürülüb
DGK sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)
Taksi sürücüsünün narkotikin təsiri altında olduğu müəyyən edilib
Bakıda metro qatarında problem yaranıb
Britaniyada dördgünlük iş həftəsi ilə eksperiment işə salınacaq
Ötən il idmançılarımız 500-dən çox medal qazanıb
Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların videoformatda qəbulu keçirilib (FOTO)
ADU-da 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib
Pandemiyanın növbəti dalğası ərəfəsindəyik - MM Səhiyyə Komitəsinin sədr müavini (VİDEO)
Sumqayıt Dövlət Yol Polisi şöbəsində ölüm hadisəsi olub
Fransanın məsuliyyətsiz bəyanatlarına Bakıdan sərt reaksiya - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bakıda məşhur restoranlar cərimələndi
Azərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar qarşı tərəfə təhvil verilib - RƏSMİ
Yanvarın 21-nə USD/AZN rəsmi məzənnəsi
Ceyhun Bayramov ATƏT-in forumunda Ermənistan nümayəndəsinin əsassız iddialarını rədd edib (FOTO)
Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin fəaliyyəti yoxlanılıb (FOTO)
SOCAR-ın 2021-ci il üzrə əsas istehsalat göstəriciləri açıqlanıb (FOTO)
20 Yanvar xalqımızın Qəhrəmanlıq salnaməsidir (FOTO)
Tehranda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib (FOTO)
Fransada atışma olub, ölən var
20 yanvar Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Bu qanlı hadisəni azadlıq mübarizəsi və milli həmrəyliyimizin təzahürü kimi qürurla anırıq
Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Ötən il yol qəzalarında 345 piyada ölüb
Qadını öldürüb yol kənarına atanlardan biri tutuldu (FOTO/VİDEO)
Ötən il yol qəzalarında 706 nəfər həlak olub - RƏSMİ
Uşaq evində valideynlə dava edən tərbiyəçi işdən çıxarıldı
DİN uşaq bağçasında valideynlə tərbiyəçi arasındakı qalmaqalı nəzarətə götürdü
"Azəriqaz"ın sayğacını elan saytında satışa çıxaran qadın saxlanıldı (FOTO)
Tərtərdə 16 yaşlı məktəbli qız qaçırılıb
Avropa İttifaqı ölkələrinin səfirləri Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
Mediasiya şurası VƏ MÜSİAD arasında əməkdaşlıq protokolu imzalanıb (FOTO)
Hacı Zeynalabdin Tağıyevin abidəsi bürünc-tunc qarışığından hazırlanıb - Xanlar Əhmədov
20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım ödənildi
20 Yanvar xalqımızın milli birlik və həmrəylik sınağından uğurla çıxdığı tarixdir - Vüqar Rəhimzadə
Unibank ipoteka faiz dərəcəsini endirib
İranda ötən sutka ərzində 19 nəfər koronavirusdan ölüb
Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib
2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib
Mənzil İnşaatı Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anıldı (FOTO)
ANAMA Goranboydakı mina hadisəsi ilə bağlı məlumat yayıb
Gəncədə oğurluq edən və silah saxlayan şəxslər saxlanılıb (FOTO/VİDEO)
Ötən il 3206 hərbi qulluqçu və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan hərbçiləri Türkiyədə təlimə qatılıblar (FOTO)
Azad edilmiş torpaqlara səfər edən şəxslər postlarda yenidən yoxlanacaq - Elşad Hacıyev
Həmkəndlilərinin evindən oğurluqlar edən şəxs saxlanılıb
Buraxılış imtahanlarının proqramları açıqlanıb
Mingəçevir Dövlət Universitetində ADA Universitetinin məlumatlandırma görüşü keçirilib (FOTO)
Hacı Zeynalabdin Tağıyev Azərbaycan tarixində zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır - Tamam Cəfərova
Vətəndaşlar ildə bir dəfə həm Şuşaya, həm də Ağdama gedə biləcəklər - RƏSMİ
İranda qar və daşqına görə 700 kənd yolu bağlanıb
Azərbaycan məhsulları beynəlxalq sərgilərdə nümayiş olunacaq
İran xaricdən gətirilən koronavirus vaksinlərinin sayını açıqlayıb
İlahiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Sabah güclü külək, yağıntılı və soyuq hava şəraiti gözlənilir
Narkokuryerlik edən daha 8 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qazaxıstanda yeni müdafiə naziri təyin olunub
Azərbaycan 20-dən çox məhbusu İrana qaytarıb
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
20 Yanvar şəhidi ailələri və əlillərinə 135 mənzil, 100-dək avtomobil verilib
XİN 20 Yanvar faciəsi ilə əlaqədar bəyanat yayıb
Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib
İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
"Azərişıq" kommunikasiya strategiyası hazırlayıb
Monteneqro parlamentinin sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub
Energetika Nazirliyində 20 Yanvar faciəsinin 32-ci ildönümü anılıb
Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri 5 milyard dollara yaxın svop müqaviləsi imzalayıb
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
Azad edilən ərazilərdə sahibkarlıq obyektləri ilə bağlı 40-a yaxın müraciət daxil olub - Azərişıq
Azad olunmuş torpaqlara səfər zamanı avtobuslarda bələdçilər olacaq - RƏSMİ
Bütün xəbərlər