...

Prezident İlham Əliyev: Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir

Siyasət Materials 6 Aprel 2021 20:06 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir

Bakı. Trend:

Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir.

Trend-in məlumatına görə, bu barədə aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciətində deyilir.

Prezident İlham Əliyev bildirib:

"Biz 1950-ci ildən etibarən hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününü qeyd edirik. Lakin 2021-ci ildə sağlamlığın əhəmiyyəti daha da artmışdır. Müasir, davamlı, yüksəkkeyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir.

Hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti