...

Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi çox ciddi təhlükədir - İƏT-in Baş katibi

Siyasət Materials 8 Aprel 2021 20:38 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi çox ciddi təhlükədir.

Trend-in məlumatına görə, bunu İƏT Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında deyib.

Baş katib bildirib ki, minalanmış ərazilər insanlar üçün böyük təhlükə yaradır: “Bizim nümayəndə heyəti bu ərazilərə səfər edərkən çox ciddi təhlükələrin olduğunu bildirirdilər. Onlar deyirlər ki, hansı anda minaya tuş gələ biləcəyini bilmirsən. Bu, çox ciddi məsələdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti