...

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib

Siyasət Materials 10 Aprel 2021 12:00 (UTC +04:00)
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, on iki dövlətin hərbi attaşelik aparatının 15 nümayəndəsinə hərbi hissə, eləcə də HHQ-nin Vətən müharibəsində həyata keçirdiyi fəaliyyəti haqqında brifinq verilib və onların sualları cavablandırılıb.

Səfər çərçivəsində qonaqlara aviasiya texnikası, o cümlədən təlim-uçuş simulyatorları nümayiş etdirilib.

Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti