...

Azad edilmiş ərazilərdə regional məhkəmələr yaradılacaq

Siyasət Materials 28 Aprel 2021 10:03 (UTC +04:00)
Azad edilmiş ərazilərdə regional məhkəmələr yaradılacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Azad edilmiş ərazilərdə aidiyyəti üzrə yeni regional apellyasiya və ixtisaslaşmış-kommersiya, inzibati, ağır cinayətlər, hərbi məhkəmələrin yaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov deyib.

Nazirin sözlərinə görə, torpaqlarımız işğaldan azad olunub və məhkəmələr bütün infrastruktur bərpa olunduqdan, soydaşlarımız öz torpaqlarına qayıtdıqdan sonra yenidən öz ərazilərində fəaliyyət göstərəcək:

"Hazırda işğal nəticəsində ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi və onların fəaliyyətinin bərpası ilə bağlı zəruri tədbirlər görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti