...

Deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xudatda növbəti dəfə ərzaq sovqatı paylanılıb (FOTO/VİDEO)

Siyasət Materials 3 May 2021 13:05 (UTC +04:00)
Deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xudatda növbəti dəfə ərzaq sovqatı paylanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

56 saylı Xaçmaz kənd seçki dairəsini təmsil edən deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xudat şəhəri və ətraf kəndlərdə yaşayan şəhid və aztəminatlı ailələrə Türkiyə Diyanət İşləri Türk İslam Birliyi təşkilatı (DİTİB) tərəfindən ərzaq yardımı edilib.

Trend-in məlumatına görə, ərzaq yardımı 40 ailəni əhatə edib və deputat köməkçiləri tərəfindən karantin rejiminin tələblərinə uyğun olaraq ailələrə təqdim edilib.

Yardım aksiyası Xudat şəhər mərkəzi daxil olmaqla, Çaykənarı, Maqsudkənd, Köhnə Xudat, Yeni Həyat, Mürşüdoba, Ləcət, Nərəcan, Niyazoba, Qımılqışlaq, Qusarçay, Susayqışlaq, Uzunoba, Mollabürhan, Yalama kənd və qəsəbələrini əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti