...

YAP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)

Siyasət Materials 8 May 2021 12:33 (UTC +04:00)
YAP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Mayın 8-də Yeni Azərbaycan Partiyasının nümayəndələri müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

YAP-dan Trend-ə verilən məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti