...

ABŞ vitse-prezidenti və İordaniya Kralı Yaxın Şərq münaqişəsini müzakirə ediblər

Siyasət Materials 21 May 2021 01:24 (UTC +04:00)
ABŞ vitse-prezidenti və İordaniya Kralı Yaxın Şərq münaqişəsini müzakirə ediblər

Bakı. Trend:

ABŞ vitse-prezidenti Kamala Harris İordaniya Kralı II-ci Abdullahla İsrail-Fələstin münaqişəsinin həllini müzakirə edib.

Ağ Evin yayımladığı yazılı şərhdə qeyd edilib: "Harris krala Qəzzada atəşkəs yolunun axtarılmasında dəstək vermək üçün ABŞ-ın sıx diplomatik səyləri barədə məlumat verdi, [Harris və II-ci Abdullah] gərginliyi azaltmaq üçün çalışmalarını davam etdirməyə sözləşdilər".

K.Harris və II-ci Abdullah həmçinin Suriyadakı pisləşən humanitar vəziyyətin həll edilməsinin təxirəsalınmaz vacibliyi barədə danışıblar və bu ölkədəki böhran ilə əlaqədar yaxın əməkdaşlıq etməyə razılaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti