...

Şuşa bəyannaməsi Azərbaycanla Türkiyə arasında münasibətlərin müttəfiqlik xarakterini təsdiq edir – Rusiyalı politoloq

Siyasət Materials 16 İyun 2021 20:42 (UTC +04:00)
Şuşa bəyannaməsi Azərbaycanla Türkiyə arasında münasibətlərin müttəfiqlik xarakterini təsdiq edir – Rusiyalı politoloq

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa bəyannaməsini imzalaması iki ölkə arasında münasibətlərin müttəfiqlik xarakterini təsdiq edir.

Bunu Trend-ə rusiyalı politoloq Darya Qrevtsova deyib.

O bildirib ki, müttəfiqlik münasibətləri çərçivəsində hər iki ölkə regionun inkişafına hazırdır: "İlk növbədə, bu, müxtəlif iqtisadi layihələrin inkişafıdır. Amma bunun üçün kommunikasiyaların, ilk növbədə Zəngəzur dəhlizinin açılması lazımdır".

Politoloqun sözlərinə görə, Ermənistana mina sahələrinin xəritələri ilə bağlı hər üç tərəfin - Azərbaycan, Rusiya və Türkiyənin təzyiqi vacibdir. O əlavə edib ki, regionun intensiv inkişafı Ermənistan üçün də faydalı olacaq, çünki yeni yollar açılacaq və çoxlu layihələr reallaşdırılacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti