...

Azərbaycan NATO ilə münasibətlərin inkişafı üzrə fəal təşəbbüslərlə çıxış edib - Hikmət Hacıyev

Siyasət Materials 16 İyun 2021 15:07 (UTC +04:00)
Azərbaycan NATO ilə münasibətlərin inkişafı üzrə fəal təşəbbüslərlə çıxış edib - Hikmət Hacıyev

Bakı. Trend:

Azərbaycan NATO ilə münasibətlərin inkişafı üzrə fəal təşəbbüslərlə çıxış edib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin rəhbəri Hikmət Hacıyev "Azərbaycanın Avro-atlantik sülh və təhlükəsizliyə töhfəsi" adlı beynəlxalq konfransında deyib.

O qeyd edib ki, Azərbaycanla NATO arasında siyasi dialoq ən səmərəli mexanizmlərdəndir və Azərbaycan təşkilatla əməkdaşlıq və dialoqun daha da genişlənməsini istəyir:

"Azərbaycan NATO-nun regional sabitliyi və təhlükəsizliyi diqqətlə izləməsini və birbaşa müdaxilə etməməsini qiymətləndirir. Azərbaycan post-münaqişə dövründə regional əməkdaşlıqda maraqlıdır və "Zəngəzur dəhlizi" regionda əməkdaşlığın uğurlu nümunəsinə çevrilə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti