...

Ağdama səfərim zamanı siyasi və peşəkar həyatımda heç vaxt görmədiklərimin şahidi oldum - Migel Anxel Moratinos

Siyasət Materials 23 İyun 2021 15:21 (UTC +04:00)
Ağdama səfərim zamanı siyasi və peşəkar həyatımda heç vaxt görmədiklərimin şahidi oldum - Migel Anxel Moratinos

Bakı. Trend:

Ağdama səfərim zamanı siyasi və peşəkar həyatımda heç vaxt görmədiklərimin şahidi oldum. Heç nə yoxdur, tamamilə dağıntıdır. İnsan kədərlənir ki, XXI əsrdə belə bir halın necə şahidi olmaq olar?

Trend xəbər verir ki, bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə söyləyib.

“Düşünürəm ki, Ağdama səfərim yaxşı keçdi, çünki Sizin xüsusi nümayəndəniz mənə gələcək üçün planı göstərdi. Bu, böyük baxışdır, cənab Prezident. Yolları, insanların məşğul olduğunu, dinamikanı görmək imkanı böyük qürur hissi verir”, - deyə ali nümayəndə bildirib.

Azərbaycanın hər zaman inkişaf etdiyini və bu inkişafın daha da güclənəcəyini vurğulayan Migel Anxel Moratinos deyib: “Mən özümü hər zaman Azərbaycanın dostu hesab etmişəm, bu dəfə də Sizinlə olmaqdan və BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi qismində yeni missiyamda Sizin səylərinizi, Xarici İşlər Nazirliyini və Mədəniyyət Nazirliyinizi dəstəkləməyə çalışmaqdan qürur duyuram”.

Xəbər lenti

Xəbər lenti