...

Ağstafanın Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı vəsait ayrıldı - SƏRƏNCAM

Siyasət Materials 2 Avqust 2021 15:12 (UTC +04:00)
Ağstafanın Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı vəsait ayrıldı - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Ağstafa rayonunun Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam verib.

Trend xəbər verir ki, Sərəncamda deyilir:

- İki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,2 milyon (iki milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti