...

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub

Siyasət Materials 4 Avqust 2021 18:23 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 4-ü saat 14:50-də Basarkeçər rayonunun Əzizli kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti