...

ABŞ Rusiyanın 35 rəsmisinə qarşı sanksiyalar tətbiq edə bilər

Siyasət Materials 23 Sentyabr 2021 01:22 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsi insan haqlarının pozulması ilə əlaqəli 35 rusiyalı məmur, iş adamı və jurnalistə qarşı sanksiyaların tətbiq edilməsini tövsiyə edən 2022-ci maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə edilən dəyişikliyi təsdiqləyib.

Trend-in İnterfaks-a istinadən veridyi məlumata görə, siyahıda rəsmi şəxslər arasında Rusiyanın Baş naziri Mixail Mişustin, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Milli Qvardiya Federal Qoşunlarının direktoru Viktor Zolotov, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, səhiyyə naziri Mixail Muraşko, Moskva meri Sergey Sobyanin, iş adamları Roman Abramoviç, “Rosneft”in rəhbəri İqor Seçin, “Qazprom”un rəhbəri Aleksey Miller, “Rossiya Seqodnya” və RT telekanalının erməni əsilli baş redaktoru Marqarita Simonyan, "Birinci kanal"ın rəhbəri Konstantin Ernst, jurnalist Vladimir Solovyov və digərlərinin adları yer alıblar.

Dəyişikliyin mətni Demokratlar Partiyasından olan konqresmen Tom Malinovski tərəfindən irəli sürülüb. Layihə ABŞ Konqresinin tam tərkibi tərəfindən təsdiqlənməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti