...

Zığ-Hövsan yolunun yenidən qurulmasına 4,9 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyasət Materials 1 Oktyabr 2021 14:24 (UTC +04:00)
Zığ-Hövsan yolunun yenidən qurulmasına 4,9 milyon manat ayrılıb - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncama əsasən, əlli səkkiz min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 4,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti