Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır - Vüqar Rəhimzadə

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Tarixi Zəfərimizin birinci ildönümü ərəfəsindəyik. Bu günlərdə 44 gündə yazılan qələbə tarixlərini qeyd edirik. Bu sevinci artıran, möhtəşəmliyini təmin edən mühüm hadisə isə Prezident, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin tarixlərdə işğaldan azad olunmuş ərazilərimizə səfərləri və bu səfərlər çərçivəsində Böyük Qayıdışı sürətləndirən addımların atılması, onların ictimaiyyət nümayəndələri ilə görüşlərində bir daha həmin tarixi anlara ekskurs edilərək Zəfərimizi şərtləndirən amillərə diqqətin yetirilməsidir. Oktyabrın 20-də dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonuna səfərləri də bu baxımdan xüsusi diqqət çəkir. Bu səfərin gedişini televiziya ekranlarından, internet resurslarından izlədikcə açıq-aydın görürük ki, 27 il erməni işğalından sonra tarixi sahibinə qayıdan Zəngilanın həyatında yeni dövr başlayıb. Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşündə “İndi mən “Xoş gəlmisiniz” deyirəm, çünki mən sizi dəvət etmişəm ki, bu gözəl tarixi birlikdə burada qeyd edək” söyləyən Prezident bu əminliyi də ifadə etdi ki, amma bundan sonra mən Zəngilana gələndə zəngilanlılar “Xoş gəlmisiniz” deyəcəklər. İşğal günləri artıq tarixdə qaldı, əbədi silindi. İndi yeni tarix var. Azad edilmiş hər bir şəhərin azad olunma günü tarixi Zəfər günüdür.

Bu fikirləri Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi gənclərimizdə milli ruhun necə yüksək olduğunu, vətənpərvərliyin ali məqamını nümayiş etdirdi: “Prezidentin qeyd etdiyi kimi, hətta bu torpaqları görməyən gənclər də onların azad edilməsi arzusu ilə yaşamışlar. Ölümə gedən də məhz onlar oldu. Bu, onu göstərir ki, xalqımız müqəddəs Zəfər gününü bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq gözləyirdi və inanırdı ki, bu gün gələcək. Müstəqil Azərbaycanımız bu günü yaşamaq üçün bütün zəruri addımları atdı. Xalqımızı səfərbər, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün səylər göstərildi. Təbii ki, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuz gücləndirildi. Hər bir ölkənin inkişafında əsas amil olan iqtisadi və siyasi müstəqillik təmin edildi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu möhkəmləndi, ölkəmiz yeni dostlar və tərəfdaşlar qazandı. Artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Məhz bu uğurlar fonunda torpaq həsrətimizə son qoyuldu, ədalət bərpa edildi, ərazi bütövlüyümüzə qovuşduq. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə davamlı xarakter alan səfərləri 30 ilin torpaq həsrətinin aydın ifadəsini yaradır. Dördüncü dəfədir ki, Zəngilana səfər edən Prezident İlham Əliyev bildirdi ki, sovet dövründə Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək. Çünki Zəngəzur dəhlizi buradan keçir, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail olmuşuq. Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri növbəti dəfə görüşdülər. Azərbaycanın mövqeyi bu görüşdə bir daha səsləndirildi”.

YAP Xətai rayon təşkilatının sədri Qələbənin işıq saldığı tərəflərdən biri kimi, Prezident-xalq birliyindən geniş bəhs edib: “Dövlətini, xalqını daim irəli aparan, millətinin mətinliyini, yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirən, ən çətin anlarda və xoş günlərində vətəndaşının yanında olan Prezidentə milyonların sevgisi şəksizdir. Dövlət başçısı İlham Əliyevin irəli sürdüyü hər bir təşəbbüsə, qəbul etdiyi qərarlara xalqımızın dəstəyi bugünkü uğurlarımızda öz aydın ifadəsini tapıb. 44 günlük Vətən müharibəsi bu birliyi bir daha sübut etdi. Müharibənin başlandığı ilk gündən Prezidentin ətrafında sıx birləşərək, hər gün televiziya ekranlarının qarşısında Müzəffər Ali Baş Komandan İlham Əliyevdən qələbə xəbərlərini səbirsizliklə gözləyən xalq bu qələbələri küçə və meydanlarda böyük coşqu ilə qeyd edərək, dövlət başçısına, rəşadətli Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirdilər. Vətən müharibəsinin getdiyi dövrlərdə döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələrinin Xocalı soyqırımının davamı kimi dəyərləndirilən Gəncə, Bərdə, Tərtər və digər ərazilərimizdə törətdikləri terror aktları zamanı dövlət başçısı İlham Əliyevin səsləndiridyi bəyanatlar, ictimaiyyətin yanında olması da bu kimi məqamlara işıq salırdı. Bütün bu faciələrə baxmayaraq, yenə də əhali evindən çıxmır, rayonu, kəndi tərk etmir, öz Prezidenti, Ordusu ilə fəxr etdiyini, onların yanında olduğunu bildirərək sonadək bu yolu tuturdu. Cənab İlham Əliyevin Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində jurnalistin işğaldan azad edilən bölgələrə tez-tez səfərləri zamanı Mehriban xanım Əliyevanın paylaşdığı görüntülərin yaratdığı təəssüratlarla bağlı sualını cavablandırarkən söylədiyi fikirlərə diqqət yetirək. Prezidenti bildirdi ki, bu, yeni bir yanaşma idi və çoxlarının xoşuna gəldi. Gözlərimin önünə o bölgələrdə yaşamış insanlar gəlirdi. Çünki onlar 30 il həsrət içində idilər. Onlar bizim gözlərimizlə onu görməlidirlər. Nə qədər əzab-əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı! Məhz xalqımızın bu məğrurluğunun, xalq-Prezident birliyinin, xalqımızın dövlət başçısına sevgisinin, inamının nəticəsidir ki, dövlət başçısı Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşündə onun ünvanına səsləndirilən “Siz dünyanın ən böyük mükafatına layiqsiniz” fikirlərinə cavab olaraq bildirdi ki, ən böyük mükafatım bu gün burada Sizinlə bərabər olmağımdır”.

“Tarixi Qələbəmizdən bu günədək dövlət başçısının işğaldan azad olunmuş torpaqlara səfərləri Prezident İlham Əliyevin bu sevinci xalqla paylaşmaq istəyini aydın şəkildə nümayiş etdirir”, - deyən Vüqar Rəhimzadə bildirib ki, dövlətimizin başçısının ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır. “Çünki Prezident İlham Əliyev bu görüşlərdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərdən geniş bəhs edərək daim zamanın yeganə rəqibimiz olduğunu açıqlayır. Tezliklə bütün planlar həyata keçəcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Qarabağda və Şərqi Zəngəzurda yeni həyat başlayacaq. Qarabağlı, Şərqi Zəngəzurlu Azərbaycan dünyaya özünün yeni inkişaf modelini təqdim edəcək”, - deyə o əlavə edib.

AccessBank tender elan edir
AccessBank tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” kondissonerlərə servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
“Yelo Bank” açıq tender elan edir
Loading Bars
Xəbər lenti
Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarını dərhal yerinə yetirməsi üçün tədbirlər görüləcəyinə inanırıq - Ombudsman
Nazir müavini Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın qaldırdığı məsələlərdən danışıb
Peşə məktəblərinə qəbul üçün ərizə verənlərin sayı 30 faiz artıb - Nazir
Azərbaycan nefti üç dollardan çox bahalaşıb
Fərid Mansurova yeni vəzifə verilib
2025-ci ilədək nağdsız ödənişlərin payı 25 faiz olacaq - Zakir Nuriyev
Ermənistana açıq şəkildə çağırış etdik ki, qərarlara riayət etsin və qarşıdurmaların qarşısını alsın - Elnur Məmmədov
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana delimitasiya və demarkasiya məsələsinin həllini tövsiyə edib
Sahibkarlar ƏDV-ni avtomatik hesablayıb, ödəyə bilərlər
Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında memorandum imzalanıb
Elnur Məmmədov Ermənistanın saxlanılanlara bağlı iddialarını şərh edib
KOBİA kiçik və orta sahibkarların alternativ kreditləşmə mənbələrinin yaradılmasını planlaşdırır - Orxan Məmmədov
Ermənistan məhkəmənin qərarından 3 gün əvvəl digər ərazilərin mina xəritələrini verdi - Nazir müavini
Azərbaycanda kiçik və orta sahibkarlığın nağdsız həllərə çıxış imkanları var - Orxan Məmmədov
İcmal büdcənin gəlirləri və xərcləri dəqiqləşdirilir
Gənclərin inkişafı ilə bağlı bir neçə layihə üzərində çalışırıq - Fərid Qayıbov
Azərbaycan təcavüzü həyata keçirən və təcavüzə məruz qalana eyni münasibətin göstərilməsindən əziyyət çəkib - Elnur Məmmədov
Təhsil naziri dərs yükündən danışıb
2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisi internetlə təmin olunacaq – Nazir müavini
Xarici işlər nazirinin müavini Elnur Məmmədov brifinq keçirib (FOTO/VİDEO)
Azad edilmiş ərazilər məşğulluq üçün geniş potensial yaradır - Nazir
Nigeriyada yük avtomobili məktəblilərin üzərinə hərəkət edib - 17 ölü
Azərbaycanda nağdsız ödənişlər 8 faizdən çox artıb - Mərkəzi Bank (FOTO)
Əmək bazarına ilk dəfə daxil olanlar ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar - Sahil Babayev
Son 4 ildə əmək müqavilələrinin sayı 30 faiz artıb - Nazir
Azərbaycan Karyera İnkişaf Forumu başlayıb (FOTO)
Mərkəzi Gömrük Hospitalında rezidentlərin kuratorlarla görüşü keçirilib (FOTO)
Həştərxan və Azərbaycan iş mərkəzləri arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)
Azərbaycanda tarixçi alim vəfat edib
Bakıda koronavirusa yoluxan hamilə qadın və körpəsi xilas edilib
Gözdən əlillərə ev vermək adı ilə 6 milyon manatlıq dələduzluq edən şəxsin məhkəməsi başlayır
Yol polisi sürücüləri yollarda diqqətli olmağa çağırdı
Koronavirus xəstəsi küçədə saxlanılıb (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA
XİN Azərbaycanın İƏT-ə üzvlüyünün 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Dünyada COVID-19-dan ölüm halları artıb
Balakəndə narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücülər saxlanılıb (FOTO/VİDEO)
FHN işğaldan azad olunmuş ərazilərdə partlayış təhlükəli əşyalarla bağlı əhaliyə müraciət edib
Oğuzda şadlıq sarayından oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Mərkəzi Bankı investisiya əməliyyatlarının tənzimlənməsi ilə bağlı tədbirlər həyata keçirəcək (ÖZƏL)
ABŞ Senatı Səudiyyə Ərəbistanına raket satışına icazə verib
Balakəndə koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb (FOTO/VİDEO)
"Omicron" ştammı dünyanın 57 ölkədə aşkarlanıb
Məcburi peyvənd ən son tədbir olmalıdır - ÜST
Alimlər COVID-dən ölüm riskini beş dəfə artıran xəstəliklərin adlarını açıqlayıblar
"Instagram" da yeniliklər tətbiq edilir
Braziliya COVID-ə qarşı peyvənd olunmamış əcnəbilərə karantin tətbiq edir
Türkiyənin elektrikli avtomobilləri Las Veqasda keçiriləcək sərgidə nümayiş etdiriləcək
Belçikada səhiyyə işçiləri məcburi vaksinasiyaya qarşı etiraz edirlər
Kroos Real Madridin UEFA Çempionlar Liqası tarixində 1000-ci qolunu vurub
“Milan” avrokuboklarla vidalaşdı, "Atletiko" inamlı qələbə qazandı
Fransada 2020-ci ildən etibarən COVİD-ə yoluxanların sayında ən böyük artım qeydə alınıb
İsveçdə COVID-lə bağlı yeni qaydalar qüvvəyə minir
UEFA Çempionlar Liqası: “PSJ” qələbə qazanıb, “Mançester Siti” məğlub olub
Ermənistanın Zəngəzur dəhlizini açmaqdan başqa çıxış yolu yoxdur - TƏHLİL
Almaniyada poliqonda hərbi texnikanın toqquşması nəticəsində iki nəfər ölüb
Putin və Bayden arasında danışıqların mövzuları açıqlanıb
Toğanalıdan Kəlbəcərə çəkilən tunel-yolun tikintisi davam etdirilir
Lerikdə zəlzələ olub
Mingəçevir Dövlət Universitetinin tələbələri “Azərbaycan İES”-də təlim-təcrübə proqramını uğurla başa vurublar
Gələn il maaş və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın vəsatətini təmin edib - XİN
Bakı Limanının 2035-ci ilədək inkişaf strategiyası açıqlanıb
Prezident İlham Əliyevdən Ermənistana və onun havadarlarına növbəti sərt ismarıc - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Şəmkirdə keçirilib (FOTO)
Beynəlxalq Ədalət Məhkəməsi etnik zəmində zorakı çağırışlarla bağlı Ermənistanın təcili tədbirlər görməsinə dair qərar verdi
Erməni mətbuatında Azərbaycan ərazisindəki qanunsuz erməni silahlısının öldürülməsi barədə yayılan məlumat əsassızdır - MN
Şamaxıda elmi-praktik konfrans keçirilib (FOTO)
Ermənistan münasibətlərin normallaşdırılması addımlarına qarşılıq vermir - XİN
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddialarını təmin etmədi
Bakıda mənzildə qadın meyiti tapılıb
Azərbaycanın Afrikaya göndərdiyi 100 min doza COVID-19 peyvəndi Burkina-Fasoya çatdırılıb (FOTO)
“Yaxşı idarəçiliyin təbliğində Ombudsmanın və vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda hibrid formatda tədbir təşkil olunub (FOTO)
Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə toplantı keçirilib
"Azərxalça" ASC-nin Qubadakı xalça zavodunda 410 min 661 manat mənimsəmə olub - Şahid
Zəngəzur dəhlizi məsələsində Qərb mediası bitərəf yanaşma sərgiləyir - Rufiz Hafizoğlu (VİDEO)
Ermənistan parlamentində dava: Hakim partiyanın deputatları müxalifətçilərə hücum edib
“Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı çapdan çıxıb
Şuşaya yeni sürət yolu çəkilir - AAYDA İdarə Heyəti sədrinin müavini (VİDEO)
Azərbaycan beynəlxalq sənədləri imzalayarkən Ermənistanla bağlı qeyd-şərtini açıqlayıb
Bərdə - Ağdam yeni avtomobil yolunun 60 faizi tikilib
Tələbə krediti üçün müraciət edənlərin sayı açıqlanıb
Azərbaycan-İran sərhədində atışma olub, bir nəfər zərərsizləşdirilib
e-sosial.az portalına 8,7 milyon müraciət qeydə alınıb
Dekabrın 8-nə USD/AZN rəsmi məzənnəsi
Hindistanın Bakıdakı Səfirliyi tərəfindən vebinar təşkil olunub (FOTO)
Prezident İlham Əliyev “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib (VİDEO)
XI Çağırış Kubokunun Bakı seçim turu keçirilib (FOTO)
İki filmimiz beynəlxalq festivalda mükafat qazandı (FOTO)
Moskvada atışma olub, ölən və yaralananlar var
AQTA daha 4 müəssisədə pozuntular aşkarlayıb
Gələn ildən bu şəxslər də ünvanlı sosial yardım ala biləcək
Pirotexniki məmulatların satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir (FOTO/VİDEO)
FHN müharibənin təhlükəli qalıqları ilə bağlı əhaliyə müraciət edib
Azərbaycanda idman dövlət siyasətinin ayrılmaz hissəsidir - Mariana Vasileva
Əqli Mülkiyyət Agentliyinin əməkdaşları Avropa İttifaqının Kiyevdə təşkil etdiyi tədbirdə iştirak ediblər
Kürdəmirdə polis reyd keçirib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1530 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
Bütün xəbərlər