...

Azərbaycan Vatikanda səfirlik açacaq - Milli Məclis təsdiqlədi

Siyasət Materials 29 Oktyabr 2021 11:48 (UTC +04:00)
Azərbaycan Vatikanda səfirlik açacaq - Milli Məclis təsdiqlədi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Vatikanda səfirlik açacaq.

Trend-in məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Deputatlar bildirib ki, səfirliyin açılması tərəflər arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti