...

Fransa Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya prosesini dəstəkləyib

Siyasət Materials 2 Noyabr 2021 11:17 (UTC +04:00)

Bakı. Trend:

Fransa Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya prosesinin başlaması imkanını dəstəkləyir və bu məsələnin həlli üçün sülh mühitinin yaradılmasının vacibliyini qeyd edir.

Trend-in məlumatına görə, bunu erməni KİV-lərinə müsahibəsində Fransanın Ermənistandakı səfiri Ann Luyo deyib.

O bildirib ki, Fransa sərhədlərin delimitasiya və demarkasiyasına nail olunmasını vacib hesab edir: "Biz, beynəlxalq ictimaiyyət olaraq, bu proseslərin dinc şəraitdə keçirilməsinə səsləyirik. Aydındır ki, sülh mühitinin yaradılması bu işləri sürətləndirməyə imkan verəcək".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti