...

Dayanıqlı sülh daimi səylər tələb edir - BMT-nin ali nümayəndəsi

Siyasət Materials 2 Dekabr 2021 12:13 (UTC +04:00)
Dayanıqlı sülh daimi səylər tələb edir - BMT-nin ali nümayəndəsi

Bakı. Trend:

Dayanıqlı sülh daimi səylər tələb edir və buna nail olmaq üçün biz əlaqəli şəkildə işləməliyik.

Trend-in məlumatına görə, bunu BMT-nin Sivilizasiyaların alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın təşkil etdiyi bu tədbir sıx, inklüziv, dinc və ahəngdar cəmiyyətin qurulmasına yönəlib.

Qeyd edək ki, ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) işə başlayıb.

BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti