...

Türkiyənin cənub-şərqində “Eren” antiterror əməliyyatının yeni mərhələsi başlayıb

Siyasət Materials 29 Dekabr 2021 02:59 (UTC +04:00)

Bakı. Trend:

Dekabrın 28-də Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində "Eren Kış" antiterror əməliyyatının 13-cü mərhələsi başlayıb.

Trend xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Vilayətdə terrorçuların axtarışı və zərərsizləşdirilməsinə 516 jandarma xüsusi təyinatlısı cəlb olunub.

Ümumilikdə, 43 xüsusi təyinatlı dəstə sərhəd vilayətində əməliyyatlara cəlb olunub.

Əməliyyatın məqsədi Türkiyənin bu bölgəsində terror təhlükəsini aradan qaldırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti