...

Azərbaycanla münasibətlərimizə tarixi və hüquqi məsuliyyət kimi baxırıq - Türkiyə XİN müavini

Siyasət Materials 3 Fevral 2022 13:41 (UTC +04:00)
Azərbaycanla münasibətlərimizə tarixi və hüquqi məsuliyyət kimi baxırıq - Türkiyə XİN müavini

Bakı. Trend6

Biz Azərbaycanla əlaqələrimizin yüksək səviyyədə saxlanmasına önəm veririk.

Trend-in məlumatıa görə, bunu Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi haqqında müzakirələr zamanı deyib.

“Bir millət, iki dövlət” ruhu ilə hərəkət etdiklərini ifadə edən Y.S.Kıran bunun digər dövlətlər üçün nümunə olduğunu və onları ruhlandırdığını bildirib.

"Biz Azərbaycanla əlaqələrimizin yüksək səviyyədə saxlanmasına önəm veririk. Azərbaycanın Türkiyəyə sərmayəsi 20 milyard dolları, Azərbaycana sərmayəmiz isə 12 milyard dolları ötüb. Hərbi və digər sahələrdə müxtəlif sənədlərə imzalar atdıq. Birgə hərbi təlimlərin əhatə dairəsini genişləndirdik. Azərbaycanla münasibətlərimizə tarixi və hüquqi məsuliyyət kimi baxırıq”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti