...

Moldova GUAM çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətindədir

Siyasət Materials 9 Fevral 2022 13:52 (UTC +04:00)
Moldova GUAM çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətindədir

Bakı. Elçin Mehdiyev - Trend:

Biz Azərbaycanla olan yaxşı münasibətləri əla münasibətlərə çevirmək istəyirik.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Moldova GUAM çərçivəsində də əməkdaşlığı gücləndirmək niyyətindədir.

"Moldovanın sədrliyi ilə ölkələr arasında siyasi dialoqu gücləndirmək istəyirik. Bundan əlavə quruma üzv ölkələrin liderlərinin sammitini keçirmək planımız var. Əlbəttə ki bu detallar işlənib hazırlanacaq. GUAM-ın çox praktiki əməkdaşlıq imkanları var. Bu il 25 illiyi tamam olur. Xatırlatmaq yerinə düşər ki, bu qrupdakı dövlətlər bir-birlərinin ərazi bütövlüyünü dəstəkləyir", - deyə o bildirib.

Nazir əlavə edib ki, nəqliyyat, enerji, beynəlxalq ticarət, qida çatdırılması və s. istiqamətlərdə əməkdaşlığın inkişafı üçün planlar mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti