...

Rövşən Nəcəf Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib

Siyasət Materials 10 Fevral 2022 15:31 (UTC +04:00)
Rövşən Nəcəf Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib

Bakı. Trend:

Prezident İlham Əliyev R.Ç.Nəcəfin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilməsi haqqında Sərəncam verib.

Trend xəbər verir ki, sərəncamla Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti