...

Azərbaycan dövləti hər zaman olduğu kimi, bu dəfə də vətəndaşlarının yanındadır - RƏY

Siyasət Materials 8 Mart 2022 13:06 (UTC +04:00)
Azərbaycan dövləti hər zaman olduğu kimi, bu dəfə də vətəndaşlarının yanındadır - RƏY

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan dövləti bütün hallarda olduğu kimi, bu dəfə də öz vətəndaşlarının, soydaşlarlmızın yanındadır. Rusiya-Ukrayna müharibəsi zamanı bu, bir daha sübut olundu. Pandemiya dövründə olduğu kimi, burada da dövlət bütün mümkün vasitələrdən istifadə etməklə öz vətəndadlarına sahib çıxır, onları planlı şəkildə təxliyə edir.

Milli Məclisin deputatı Azər Badamov Trend-in sualına cavabında bildirib ki, bu gün hər bir azəbaycanlı dünyanın harasında yaşamasından asılı olmayaraq Azərbaycan vətəndaşı olmağıyla fəxr edir və qürur duyur.

“Bəli, müharibələr və fövqəladə vəziyyətlər qaçılmazdır. Belə bir hal yarananda Azərbaycanın o ölkədəki diplomatik nümayəndəliyi öz vətəndaşlarımızın vəziyyəti ilə maraqlanır və lazımi qayğı ilə əhatə edilir. Bu gün Ukraynada gedən müharibə nəticəsində mülki insanların həyatları böyük təhlükə ilə üzləşmişdir.

Prezident İlham Əliyev Ukraynadan vətəndaşlarımızın təxliyə olunması üçün dərhal müvafiq qurumlara tapşırıq verdi. Müharibənin ilk günündən başlayaraq dövlətimiz vətəndaşlarımıza təxliyə olunmaq üçün səfirliyimizə və konsulluğumuza müraciət etmələrinə çağırış etmişdir. Diplomatik nümayəndəliyimizə kömək üçün müraciət etmiş vətəndaşlarımızın dövlətimiz tərəfindən təxliyəsi həyata keçirilir. İlk növbədə, qadınlar və uşaqlar təxliyə olunurlar”, - deyə deputat bildirib.

O qeyd edib ki, bu günə kimi müvafiq qurumların köməyi ilə minlərlə vətəndaşımız Ukraynadan təxliyə olunmuşdur və bu proses davam etdirlir.

“Vətənə qayıdan hər bir vətəndaşımız göstərdiyi diqqət və qayğısına görə dövlət başçısına minnətdarlıqlarını ifadə edirlər. Xaricdə yaşayan vətəndaşımız çətinliklə qarşılaşanda dövlətin köməyinə ehtiyac duyur və müvafiq köməyi görəndə öz ölkəsini və dövlət başçısını daha çox sevməyə başlayır. Dünya praktikasında bu gün xaricdə öz vətəndaşına Azərbaycan kimi həssas yanaşan ikinci dövləti tanımıram. Çünki, Ukrayna müharibəsi bir daha bunu sübut etdi”, - deyə A.Badamov əlavə edib.

Milli Məclisin deputatı Elşən Musayev isə Trend-ə açıqlamasında qeyd edib ki, Azərbaycan dövləti hər zaman olduğu kimi, yenə də öz vətəndaşının, soydaşının yanındadır.

“Təxliyə məsələsində bütün fəaliyyət dəqiq və planlı formada həyata keçirilir, lazım olan hər şey edilir. Gündəlik təxliyə maksimum həddədir. Üstəlik, məsələ burasındadır ki, digər dövlətlər vətəndaşlarını həmin vətəndaşların öz hesabına ölkədən çıxarsa da, Azərbaycan dövləti bütün maddi məsələləri, təxliyə xərclərini öz üzərinə götürüb. Səfirlik əməkdaşları ilə bütün koordinasiya qurulub, proses davam edir, vətəndaşlarımız xilas olur”, - deyə deputat bildirib.

O qeyd edib ki, öncə uşaqların, qadınların, yaşlıların, xəstələrin təxliyəsi həyata keçirilir. Yəni, prioritet xətt budur.

“Ümumilikdə isə hədəf odur ki, təhlükə ocağında və zolağında 1 nəfər də olsun vətəndaşımız qalmasın.

Proses dövlətin tam nəzarətindədir. Azərbaycan vətəndaşının dövlətinə olan güvəni dövlətin də öz vətəndaşını həmin güvənə layiq bir şəkildə qoruması ilə müşahidə olunur. Bu güvən qarşılıqlıdır və Azərbaycanın adını hər yerdə örnək kimi önə çıxaran əsas səbəblərdən biri də məhz həmin vəhdətdir”, - deyə E.Musayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti