...

Ölkədə idmanın inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm - Mariana Vasileva

Siyasət Materials 16 Mart 2022 19:01 (UTC +04:00)
Ölkədə idmanın inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm - Mariana Vasileva

Bakı. Cani Babayeva - Trend:

Ölkədə idmanın və idmançıların inkişafına göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm.

Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı çərçivəsində jurnalistlərə bildirib.

"Həm idmançılara, həm də Azərbaycan xalqına daim idmanlar məşğul olmaları üçün yaradılan imkanlara görə sizə təşəkkür edirəm. Müxtəlif idman növləri üzrə ölkəmizdə keçirilən bütün beynəlxalq yarışlar ölkə əhalisi arasında idman mədəniyyətini inkişaf etdirir və idmançıların nəticələrinə təsir göstərir", - deyə M.Vasileva vurğulayıb.

Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatının keçirilməsindən danışan Mariana Vasileva bunun gənc gimnastlar üçün bayrama çevrildiyini qeyd edib.

"Pandemiya Azərbaycanda bütün idmançılara öz təsirini göstərib. Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı uzun fasilədən sonra bu gimnastika növü üzrə ilk milli yarış oldu. Buna görə də, əksər qızlar üçün bu bayramdır. Təbii ki, çoxları həyəcanlı idi və yarışa çox məsuliyyətlə yanaşırdılar. 2022-ci ildən bədii gimnastikada yeni qaydalar qüvvəyə minib. Biz hələki beynəlxalq yarışlarda iştirak etməmişik, ona görə də çempionat gimnastlarımız üçün yaxşı təcrübədir", - deyə nazir müavini bildirib.

O həmçinin əlavə edib ki, indi planlaşdırmaq çətindir, lakin çox güman ki, Azərbaycan gimnastları üçün ilk beynəlxalq start Bolqarıstanda keçiriləcək Dünya Kuboku olacaq.

Azərbaycan gənclər və idman nazirinin müavini bu il Bakıda təşkil olunmuş müxtəlif beynəlxalq yarışlarda iştirak edən Azərbaycan gimnastlarını yüksək qiymət verib.

"Təəssüf ki, bütün yarışlarda iştirak etməsəm də, nəticələrini izlədim. Azərbaycanı, Azərbaycan Gimnastika Federasiyasını və hamımızı müstəsna nəticələrlə təbrik edirəm. Azərbaycan batut gimnastikası tarixində ilk dəfə olaraq Azərbaycanda idmançı kimi doğulub boya-başa çatan qız Selcan Maqsudova Dünya Kubokunda gümüş medal qazanıb. Bu müstəsna uğurdur! Selcan Maqsudovadan sonra estafeti həm Dünya Yaş Qrupları Yarışlarında qızıl medal, həm də Dünya çempionatında gümüş və bürünc medal qazanaraq bizi sevindirən akrobatika gimnastikası nümayəndələrimiz götürdü. İdmançılarımızın və məşqçilərimizin əldə etdiyi nəticə gimnastikada böyük irəliləyişdir. Ümid edirəm ki, bədii və idman gimnastikası nümayəndələri qarşıdakı yarışlarda da bu yolu davam etdirəcəklər", - deyə M.Vasileva bildirib.

Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kuboku barədə danışan gənclər və idman nazirinin müavini bir çox ölkələrin orada iştirak üçün müraciət etdiyini vurğulayıb.

"Azərbaycanda keçirilən yarışlara məşqçilər, idmançılar, federasiyalar tərəfindən həmişə böyük maraq var. Hər kəs Azərbaycana yarışmaq üçün böyük həvəslə gəlir, çünki burada təşkilat ən yüksək səviyyədədir və bizdə dünyanın ən yaxşı yarış və təlim bazası var", - deyə M.Vasileva əlavə edib.

Nazir müavini bütün Azərbaycan idmançılarının həm ölkə, həm də beynəlxalq arenalarda çıxışlarını yaxından izlədiyini vurğulayıb.

"İndi biz müxtəlif məsələlərlə yerindəcə tanış olmaq, eləcə də məşqçiləri, idman komplekslərinin və müəssisələrin rəhbərlərini şəxsən tanımaq üçün ölkənin regionlarına çox fəal şəkildə səfərlər edirik. Bunun sayəsində müəyyən bir məsələdə necə kömək edə biləcəyimiz barədə bir fikir formalaşır. Və bu, düzgün strategiya yaratmağa kömək edir", - deyə M.Vasileva əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti