...

ABŞ Moskvadakı səfirliyini bağlamaq fikrində deyil - səfir

Siyasət Materials 22 Mart 2022 23:54 (UTC +04:00)
ABŞ Moskvadakı səfirliyini bağlamaq fikrində deyil - səfir

Bakı. Trend:

ABŞ Moskvadakı diplomatik missiyasını bağlamaq fikrində deyil.

Trend TASS-a istinadən xəbər verir ki, bunu yerli KİV-ə müsahibəsində ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan deyib.

"Bildirmək istəyirəm ki, ABŞ-ın Moskvadakı səfirliyini bağlamaq, prezident Co Baydenin isə məni səfir kimi geri çağırmaq niyyəti yoxdur", - C.Sallivan qeyd edib.

Səfir həmçinin prezident və dövlət katibi Entoni Blinkenlə söhbətlərdən Rusiyada diplomatik nümayəndəliyin nə qədər vacib olduğunu yaxşı bildiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti