...

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın müşahidəçi statusu ilə bağlı məsələni araşdırır

Siyasət Materials 24 Mart 2022 11:29 (UTC +04:00)
Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın müşahidəçi statusu ilə bağlı məsələni araşdırır

Bakı. Trend:

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv dövlətləri Azərbaycan və Ermənistanın müşahidəçi statusunu alması məsələsini diqqətdən keçirir.

Trend-in məlumatına görə, bunu TASS agentliyinə müsahibəsində təşkilatın baş katibi Çjan Min deyib.

"Azərbaycanla Ermənistanın müşahidəçi statusu alması məsələsinə gəldikdə, ŞƏT üzv dövlətləri bu məsələni fəal şəkildə araşdırır. Hələlik dəqiq vaxt demək mümkün olmasa da, mən bu məsələyə nikbin yanaşıram", - deyə o bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər diqqətə alınmalı olan vacib amildir.

"ŞƏT üzv dövlətləri təşkilata ikitərəfli ziddiyyətlərin daxil edilməməsi məsələsində yekdildir. Bu, təşkilata daxil olmaq iddiasında olan bütün ölkələrin yerinə yetirməli olduğu öhdəlikdir", - baş katib deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti