...

Rusiya və Ukrayna liderlərinin görüşünə ev sahibliyi etməyə hazırıq - Türkiyə Prezidenti

Siyasət Materials 29 Mart 2022 11:10 (UTC +04:00)
Rusiya və Ukrayna liderlərinin görüşünə ev sahibliyi etməyə hazırıq - Türkiyə Prezidenti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya və Ukrayna liderlərinin görüşünə ev sahibliyi etməyə hazırıq.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşdə deyib.

O bildirib ki, tezliklə atəşkəs və sülhün bərqərar olması hər kəsin xeyrinə olacaq.

"Nümayəndələrin danışıqlarda əldə edəcəyi irəliləyiş həm də növbəti mərhələyə, liderlər səviyyəsində əlaqə yaratmağa imkan verəcək. Biz belə bir görüşə ev sahibliyi etməyə hazırıq", - deyə Türkiyə Prezidenti vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti