...

Ermənistanın son addımları bu ölkəyə sanksiyaların tətbiqi üçün kifayət qədər əsas verir - ŞƏRH

Siyasət Materials 29 Mart 2022 20:39 (UTC +04:00)
Ermənistanın son addımları bu ölkəyə sanksiyaların tətbiqi üçün kifayət qədər əsas verir - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Təcavüzkar, ikili oyunların mahir ifaçısı Ermənistan ona məxsus olan 4 ədəd müasir SU-30 təyyarəsini hərbi əməliyyatlarda istifadə etmək üçün Ukraynaya göndərib. Təyyarələrin erməni pilotlar tərəfindən idarə olunduğu bildirilir. Bu, birmənalı olaraq, onu deməyə əsas verir ki, artıq Ermənistan Ukraynaya qarşı aparılan hərbi əməliyyatlara qoşuldu.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bütün dünya Belarusun müharibəyə qoşulacağını güman etsə də, Ermənistan bu ölkəni qabaqladı və qarşıdurmanın bilavasitə iştirakçısına çevrildi.

“Beləliklə, tam əminliklə söyləyə bilərik ki, bu gün Ukraynanın şəhərlərinin, infrastrukturunun dağıdılmasında Ermənistan da iştirak edir və bu prosesə öz "töhfələrini” verir.

Görünən odur ki, Azərbaycandan aldığı zərbə, “dəmir yumruq” Paşinyan hakimiyyəti üçün yetərli olmadı, Ermənistan rəhbəri dövlətçilik maraqlarını, öz xalqının mənafeyini qurban verərək ölkəsini ciddi zərbə altına qoydu. Budur Ermənistanın siyasətinin həqiqi mahiyyəti.

Onu da qeyd edək ki, bundan əvvəl də Ermənistanın Ukraynada vuruşmaq üçün Suriyadan gətirilən yaraqlıların döyüş zonasına göndərilməsində fəal iştirak etdiyi barədə məlumatlar yayılmışdı.

Məhz bu səbəbdən bu gün bir sıra Qərb dairələrində Ermənistana bu hərəkətlərina görə sanksiyaların tətbiqi ilə bağlı fikirlər səsləndirilir. Ermənistanın son addımları bu ölkəyə sanksiyaların tətbiqi üçün kifayət qədər əsas verir. Artıq sözdən əmələ keçməyin vaxtıdır”, - deyə deputat bildirib.

O qeyd edib ki, bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır, bu ölkəyə davamlı humanitar yardımlar göstərir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynov da Trend-ə bildirib ki, Ermənistanın ona məxsus olan S-30 təyyarələrinin Ukraynada döyüş zonasına göndərməsi haqqında xəbərlər regiondakı vəziyyət üçün narahatlıq yaradan məqamdır.

“Şübhəsiz ki, Avropa və Amerikanın müvafiq təhlükəsizlik orqanları bu xəbərləri diqqətlə izləyir və lazımlı araşdırmalar aparacaqlar. Xəbərlərin təsdiqləndiyi halda Ermənistanın Qərb ölkələri ilə münasibətlərində ciddi problemlərin yaranacağını istisna etmək olmaz. Bu dövlət 44 günlük müharibədən sonra düşdüyü acınacaqlı vəziyyətə rəğmən yenə də hansısa böyük güclərin əlində oyuncaq olmağa davam etməkdədir. Bunun nəticəsidir ki, Qərbin nüfuzlu nəşrlərində Ermənistana qarşı da müəyyən sanksiyaların qoyulacağı haqqında xəbərlər yayılmaqdadır. Qeyd etməliyəm ki, artıq bu istiqamətdə müəyyən addımlar da atılmaqdadır. Məsələn, bu həftə ABŞ-ın 2023-cü il üçün büdcəsində Ermənistana ayrılacaq yardımın 50 faizə qədər azaldılacağı və Qarabağdakı separatist ünsürlərə heç bir qəpik də verilməyəcəyi haqqında qərar həm erməni diasporasını, həm də Yerevanı sərt şəkildə sarsıtdı.

Onlar üçün daha da şok təsiri yaradan qərar ondan ibarətdir ki, buna paralel olaraq Azərbaycana 170 milyon dollara yaxın hərbi yardım ayrılması haqqında Vaşinqton qərar qəbul edib. Bu, bir daha onu göstərir ki, müasir dünya Ermənistan kimi hansısa güclərin əlində oyuncağa çevrilmiş, Ukrayna kimi ağır humanitar faciənin yaşandığı münaqişədə silah-sursat göndərməklə problemin bir parçası olan, müstəqil xarici siyasət yeridə bilməyən ölkələri qəbul etmir”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti