...

Türkiyə Rusiya ilə Ukrayna arasında yeni danışıqlar üçün şərait yaratmağa hazırdır - Çavuşoğlu

Siyasət Materials 8 Aprel 2022 01:17 (UTC +04:00)
Türkiyə Rusiya ilə Ukrayna arasında yeni danışıqlar üçün şərait yaratmağa hazırdır - Çavuşoğlu

Bakı. Trend:

Rəsmi Ankara Rusiya və Ukrayna arasında atəşkəsin əldə olunması istiqamətində səyləri davam etdirəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO ölkələrinin XİN rəhbərlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair brifinqdə deyib.

O vurğulayıb ki, Ukraynadakı vəziyyətdən yeganə çıxış yolu diplomatiyadır.

Nazir bildirib ki, Ankara münaqişə tərəflərinə danışıqları Türkiyədə davam etdirməyi təklif edib.

"Türkiyə bütün dövrlərdə sülhün və qayda-qanunun tərəfdarı olub. Bu müharibə gec-tez bitəcək. Ehtimal olunan ssenarilərə gəlincə, əvvəlcə xarici işlər nazirləri, daha sonra isə prezidentlər səviyyəsində görüş olacaq. Biz bu görüşlərin Türkiyədə keçirilməsinin tərəfdarıyıq. Hər iki tərəf, ümumilikdə, danışıqların ölkəmizdə aparılması ideyasını dəstəkləyir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti